“Pen-Pineapple-Apple-Pen (qısaltması PPAP/ “Qələm-ananas-alma-qələm”) mahnısı ilə tanınan komediya ustası Pikotaro (əsl adı Kazuhito Kosaka) və “Araşi” qrupu, koronavirus pandemiyası dövründə insanları əllərini yumağa təşviq edən mahnı yayımlayıblar.

Pikotaro 2016-cı ildə 45 saniyəlik “PPAP” hitiylə onu məşhurlaşdıran eyni ton, tərz, geyim və hərəkətləri bu dəfə – “I have a hand, I have a soap. Uh! Wash! Wash! Wash! Wash!” (“Əlim var, sabunum var. Of! Yu! Yu! Yu! Yu!”) deyərək təkrarlayır.

Bazar günü rəsmi YouTube kanalında yüklənən “PPAP-2020” adlı yeni video bazar ertəsi günortadan etibarən 350.000-dən çox baxış toplayıb və sosial media platformasında izlənilib.

Pikotaro 90 saniyəlik videonu orijinal “PPAP”a uyğun olaraq “İnsanlar və sülh üçün dua et”, “Biz qalib gələcəyik!” – şüarlarıyla bitirir.


“Araşi”nin əl yuyulması ilə bağlı daha uzun videosu isə qrupun agentliyi “Johnny & Associates Inc” tərəfindən YouTubeda keçən cümə günü yüklənib.

Beş üzvdən ibarət Yaponiyanın məşhur kişi idol qrupu – lider Satoşi Ono, Şo Sakurai, Masaki Aiba, Kazunari Ninomiya və Cun Matsumoto – 1999-cu ildə debüt edəndən bəri həm qrup, həm də ayrı-ayrılıqda aktiv fəaliyyət göstərirlər.

Lakin qrup bu ilin sonuna fəaliyyətini dayandıracağını planlaşdırdığını açıqlayıb.

S.N. © yapon.az 2020