İslamla ən gec tanış olan Uzaq Şərq ölkəsi


  • Yaponiyada İslamın yayılması tarixi
  • Ərtoğrul”
  • Müsəlmanlığı qəbul edən yaponlar… Fərqli mülahizələr…
  • “Vətənsiz türklər”, Yaponiyaya mühacir etmiş müsəlmanlar
  • İslam Dünya Müharibəsindən sonra
  • “Quran-i-Kərim”in tərcüməsi
  • Tolerantlıq
  • Yaponiyada mövcud məscidləri necə tapım?

Yaponiyada İslamın yayılması tarixi

Yaponların İslam dini ilə tanış olması XI əsrə təsadüf edir. Həmin dövrdə köçəri monqol tayfaları əhalinin dini dünyagörüşünə təsir etməyi bacarmışdır. Lakin qısa müddət sonra yenidən başqa ərazilərə köçən bu tayfaların təsiri də onlarla birlikdə çıxıb gedirdi. Həmin dövrdən qalan yalnız İslam adətlərinə uyğun məzarlardır. Buna görə də Yaponiyada İslamın yayılması bütün tarixi ədəbiyyatlarda 14-cü əsrdən hesablanır. Qeyd edilən dövrdə Ərəbistan və Hindistandan köçən müsəlmanlar gəldikləri ərazilərdə daimi məskunlaşmağa başlamışlar. Zaman-zaman bələ mühacirlərin öz övladları üçün mədrəsələrin və ibadət etmək üçün kiçik məscidləri inşa etməsi ətraf ərazilərdə yaşayan yaponların diqqətini cəlb etmişdir. Bir çox yapon bu dinin qaydaları ilə tanış olduqdan sonra özləri də müsəlman olmuşlar. Lakin bu cür hadisələr Yaponiyanın xırda və ən ucqar vilayətlərində baş verdiyindən İslamın əhali arasında çox ciddi şəkildə yayıldığını demək düzgün olmazdı.

hh

Əhali arasında İslamın bir din olaraq tanınmasının başlanğıcını XIX əsrdən götürmək olar. Belə ki, XIX əsrin 70-ci illərində Tariq Ramazanın “Hz. Məhəmmədin həyatı” adlı kitabı ilk dəfə yapon dilinə tərcümə olunur. Qısa müddətdə əhalinin yuxarı təbəqəsi arasında yayılmağa başlayan bu kitab yaponlar üçün bir məsələni daha da aydınlaşdırdı; yaponların mentalitet və adət-ənənələrindəki bir çox qaydalar İslamda da keçərlidir və ya əksinə…

İslam dininin Şərq ideologiyası ilə bu qədər yaxın olduğunu görən bir çox yapon bu dini dərindən araşdırmağa başlayır. Belələrinin içərisində xüsusilə, yuxarı sosial təbəqələrə aid yaponların adını hallandırmaq lazımdır. Çünki bu cür kitablar aşağı təbəqələri elə də maraqlandırmırdı.

İslamı araşdıranların əksinə olaraq bir çoxları bu dinin Yaponiyada mövqe tutmasına qarşı çıxır və hər vasitə ilə İslam haqqında olan müsbət rəyləri dağıtmağa çalışırdılar.

“Ərtoğrul”

"Ərtoğrul" 1890-cı il, 16 sentyabr
“Ərtoğrul” 1890-cı il, 16 sentyabr

İslam dininin yaponlar arasında çox böyük riqqətlə qarşılandığı bir zaman da 1890-cı il 16 sentyabr hadisəsindən sonra olmuşdur. Həmin gün tarixdə “Ərtoğrul freqatı (hərbi gəmi) qəzası” adı ilə qalmışdır. Belə ki, 1890-cı ildə Osmanlı sultanı II Əbdülhəmid tərəfindən Osman paşanın rəhbərliyi altında (700 nəfərlik) hərbi mütəxəssisdən ibarət nümayəndə heyəti “Ərtoğrul” gəmisində Yaponiyaya göndərilmişdi. Nümayəndə heyəti Yaponiyada bir sıra görüşlər keçirdikdən, Yaponiya imperatoru tərəfindən qəbul edildikdən sonra geri qayıdarkən gəmiləri Osaka yaxınlığında tufana düşmüş və batmışdı. Bu qəza zamanı 550 (533) nəfər, o cümlədən, Osman paşa və sultanın qardaşı həlak olmuşdular. Batmış gəminin qalıqları Yaponiya tərəfindən 2 gəmi ilə İstanbula çatdırılmışdı. Həlak olanlar isə Yaponiyada dəfn edilir və onların şərəfinə Kuşimoto və Yaponiyanın bir çox başqa ərazilərində xatirə abidəsi ucaldılır. Qeyd edək ki, hər 5 ildən bir Türkiyə və Yaponiyada onların xatirəsi yad edilir.

Bundan əvvəl 1887-ci ildə Yaponiyaya məxsus gəmi Osmanlı dövlətini ziyarət etmişdi.

Müsəlmanlığı qəbul edən yaponlar…

Fərqli mülahizələr…

İmperator özü şəxsən gəminin qarşılanmasına, heyətin yerləşdirilməsinə nəzarət edirdi. Şəhər əhalisi Osmanlı gəmisinin Yokohamaya gəlişini çox ciddi şəkildə qeyd edirdi. Lakin geri qayıdarkən gəminin qəzaya uğraması, gəmidə olan yalnız 69 nəfərin sağ qalması ilə hadisə sözün əsl mənasında tarixə qovuşdu. Bu hadisədən sonra yaponlar türkiyəlilərə qarşı sevgi sərgiləməyə başladılar. Təbii ki, əhali artıq türkiyəlilər haqqında daha çox məlumat bilmək istəyirdi. Buna görə də məşhur yaponiyalı jurnalist Toraciro Yamada Türkiyəyə səyahət edir. Uzun müddət burada yaşayan və İslam dinini qəbul edən bu şəxsin ilk yerli yapon mənşəli müsəlman olduğu deyilir. O, adını dəyişərək Əbdülxəlil edir. Qəzetlərdə daim osmanlılar, onların dini və mədəniyyəti haqqında yazılar çap etməyə başlayır. Eyni zamanda, jurnalist Məkkəyə ziyarət edən ilk yapon olmuşdur.

D.Ş.Davudov isə göstərir ki, [“Yaponiyada islam dininin yayılması”. “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları. Bakı, 2012, səh. 381-383.] {1}

“1891-ci ildə yapon jurnalisti Oşataro Noda 1890-cı il qəzasında həlak olan osmanlıların ailələrinə kömək etmək məqsədilə yardım toplamış və İstanbula gedərək yardımı Osmanlı hakimiyyət orqanlarına təqdim etmişdi. Bosfor boğazı sahilində yapon jurnalist sultan Əbdülhəmid tərəfindən də qəbul edilmişdi.

İstanbulda olarkən Oşataro Noda ingilis mənşəli müsəlman Abdulla Qulamla görüşmüş və bu görüşdən bir qədər sonra İslam dinini qəbul edərək Əbdülhəlim adını götürmüşdü. Mənbələrə görə o, islamı qəbul etmiş ilk yapon hesab edilir.

1893-cü ildə digər bir yapon – Yamada 1890-cı il qəzasında həlak olanların ailələrinə yardım məqsədilə toplanmış vəsaiti İstanbula gətirir və bu səfər zamanı İslamı qəbul edərək Əbdülxəlil adını götürür. O, islamı qəbul etmiş ikinci yapon hesab edilir. Sultanın xahişi ilə o, Osmanlı dövlətində qalır və hərbi məktəbdə yapon dilinin tədrisi ilə məşğul olur.

İslamı qəbul etmiş üçüncü yapon xristian tacir Əhməd Agira olmuşdur. O, Bombeydə islamı qəbul etmiş və Yaponiyaya qayıtdıqdan sonra islam dinin təbliği ilə məşğul olmuş və Quranın yapon dilinə tərcüməsi işində yaxından iştirak etmişdir.

İkinci Dünya müharibəsi illərində Yaponiyanın Uzaq Şərqdə, Cənub-Şərqi Asiya ölkələrində apardığı hərbi əməliyyatlar zamanı yapon zabit və əsgərlərinin bir çoxu islamı qəbul etmişdi”.

İslam dini yenidən Yaponiyada bütün təbəqələr arasında tərəfdarlar qazanmağa başlayır. Rəsmi statistik məlumatlara əsasən, bu hadisədən sonra Yaponiyadakı müsəlmanların sayı 3-4 dəfəyə qədər çoxalır.

1909-cu ildə adını Ömər Yamaoka olaraq dəyişdirən Mitsutaro Takaoka və ticari məqsədlə Hindistana gedən və burada müsəlman olan, adını da Əhməd Ariqo olaraq dəyişdirən Bumpaçiro Ariqo kimi müsəlmanlar da Yaponiyadakı fəaliyyətləri ilə İslamın yayılmasına daha çox təkan verirlər.

“Vətənsiz türklər”

Yaponiyaya mühacir etmiş müsəlmanlar

Ümumiyyətlə, Yaponiyada İslamın yayılması birbaşa türk-tatarların buraya köçməsi ilə əlaqələndirilir. Çar Rusiyasının Kazan xanlığını işğal etməsi, ardınca XX əsrin əvvəllərində bolşevik istilası ilə əlaqədar indiki Rusiya ərazisindən qaçan İdil-Ural türkləri 1919-cu ildən sonra Yaponiyaya köçməyə başlayırlar. Hətta Çinin Mancuriya – hazırda Heylongciang adlanan bölgəsinə köç edən türklər də Yaponiyaya axın edirlər. Mənbələr göstərir ki, o vaxt nə indiki Rusiya, nə də hər hansı bir dövlət vətəndaşlığı olmayan türk əsilli insanlar 1500 yen müqabilində Yaponiya vətəndaşı olmaq şansını heç bir halda əldən vermirlər (red.).

Rusiya-Yaponiya müharibəsinin gedişində yaponların qalib gəlməsi bir sıra müsəlman ölkələrində Yaponiyaya marağı daha da artırmış və hətta bəzi müsəlman hərbiçilər könüllü olaraq yapon ordusunda xidmət etmiş və müharibənin başa çatmasından sonra yerli yapon qızları ilə ailə quraraq Yaponiyada qalmışdılar.

XX əsrin əvvəllərində Yaponiyaya mühacirət etmiş müsəlmanlar içərisində ziyalılar da vardı. 1909-cu ildə Rusiyanın Omsk quberniyasının Tara şəhərindən olan tatar mənşəli müsəlman din xadimi Əbdürrəşid İbrahimov Yaponiyaya gəlmiş və burada islamın təbliği ilə məşğul olmuşudu. Məhz onun fəaliyyəti nəticəsində Yaponiyada bir sıra filosoflar, jurnalistlər, hərbiçilər və gənclər arasında islamı qəbul edənlərin sayı artmışdı. Yaponiya haqqında təəssüratlarını, Yaponiyanın islam dünyası ilə münasibətlərini Əbdürrəşid İbrahimov özünün “İslam dünyası və Yaponiyada islamın yayılması” kitabında əks etdirmişdir.

Yaponiyada islamın yayılmasında Hindistandan Yaponiyaya mühacirət etmiş Məhəmməd Bərkətullanın da xüsusi rolu olmuşdur. O, Tokio Universitetində urdu dilini tədris edən ilk müəllim olmuşdur. 1910-cu ildə o, “İslam qardaşlığı” jurnalını dərc etdirmişdir. Jurnal 3 il fəaliyyət göstərmişdir. Jurnalın ingilis versiyasını isə islamı məhz Məhəmməd Bərkətullanın təsiri ilə qəbul etmiş və sonralar onun ardıcıllarından birinə çevrilmiş Həsən Qatano çap etdirmişdir. 

1909-cu ildə Kotaro Yamaoka rus əsilli yazıçı Əbdürrəşid İbrahimovla birlikdə Məkkə və Mədinə şəhərlərində olmuş, həcc ziyarətini həyata keçirmişdir. O, həcc ziyarətini həyata keçirmiş ilk yapon idi. Kutaro Yamaoka İslamı qəbul etdikdən sonra adını dəyişib “Ömər Yamaoka” etmişdir.

Həcc ziyarətində olmuş ikinci yapon isə islamı Çində qəbul etmiş Nur İppe Tanaka olmuşdur{1}

İslam Dünya Müharibəsindən sonra

Kobe məscidi. Müharibədən sonra
Kobe məscidi. Müharibədən sonra

Yaponiyada İslamın yayılma tarixi dünya müharibəsindən sonra, təxminən 1960-cı ildən davam edir. Yaponiya iqtisadiyyatının inkişafı ilə yanaşı, Pakistan, Banqladeş kimi ölkələrdə iqtisadi böhran və işsizlik artırdı. Bu da həmin ölkələrdən Yaponiyaya axının artmasına və onların burada daimi məskunlaşmasına gətirib çıxarırdı. Həmin dövrdə balaca məscidlərin inşası xarakterik hal idi.

Bundan sonra Yaponiyada “İslami partlayış” adı almış hadisələr cərəyan etməyə başlayır. Belə ki, 1973-cü ildə OPEC-in dünya ölkələrinin bir çoxuna qoyduğu neft embarqosu, neftin qiymətinin bahalaşması “neft böhranı”na gətirib çıxartdı. Bu təbii ehtiyatlarla zəngin olmayan və nefti yalnız idxal hesabına istifadə edən Yaponiya üçün ağır nəticələr yarada bilərdi. Belə vəziyyətdə Yaponiya ərəb ölkələrinin onlar üçün nə qədər vacib olduğunu daha dərindən anladı. KİV-lərdə ərəb, müsəlman dünyasına daha çox yer ayrılmağa başlandı.

Tokio məscidi
Tokio məscidi

Həmin ildə Yaponiya televiziyasında ilk dəfə olaraq həcc ziyarəti görüntüləri yayılır və azan səslənir. İslam dini dövlət səviyyəsində Yaponiyada əhalinin inandığı səmavi dinlər sırasına əlavə edilir. Bir çox İslam təşkilatlarının fəaliyyətinə icazə verilir. Övladlarının din dərsləri almasını istəyən valideynlər öz arzularını rahatlıqla yerinə yetirə bilir.

İslamın sürətlə yayılmasının davamı olaraq Tokioda tikilən kiçik məscid 2000-ci ildə yenidən bərpa edilir. Öz möhtəşəm görünüşü ilə müsəlman ölkələrindəki məscidlərlə müqayisə edilən Tokio məscidi Yaponiyanın ən böyük məscididir. Burada Azan səsi bir neçə kilometrə qədər yayılır. Yaponiyada ilk məscid isə müsəlman hindistanlılar tərəfindən Kobedə tikilib. Ümumən, Yaponiyada irili-xırdalı 50-yə yaxın məscid yerləşir. Hələ ki, bu məscidlərdəki imamlardan yalnız biri yerli yapon müsəlmandır – Abdullah Taqi Takazava.

2011-ci ildə Oksford universitetində məşhur kitab – “Yaponiyada İslam: Keçmiş, bu gün və gələcək” ilə eyniadlı çıxışı etmişdir. Əbu Bəkir Morimotonun müəllifi olduğu bu kitab Takazavanın çıxışlarından sonra ingilis dilinə də çevrilmişdir. Yaponiyada dini tolerantlığın yüksək səviyyədə olmasını vurğulayan bu kitab Avropada yaşayan müsəlmanların marağına səbəb olub. Yaponiyaya avropalı müsəlmanların axını da məhz 2011-ci ildə özünün ən yüksək səviyyəsinə çatmışdır.

“Quran-i-Kərim”in tərcüməsi

İslamın müqəddəs kitabı “Quran-i-Kərim” ilk dəfə 1920-ci ildə Sakamoto Keniçi tərəfindən yapon dilinə tərcümə edilib. Lakin bu tərcümə ingilis dilindən edilmişdir. XX əsrin əvvəllərində bu, yaponlar üçün “maraqlı kitab” sayılmırdı. Həmin dövrün yaponları hələ ki, əlavə bir dinlə maraqlanmırdılar. Lakin qeyd etdiyim bir çox hadisələrdən sonra Yaponiyada bu kitaba ehtiyac duyulmağa başlandı. İlk ərəbcədən yapon dilinə tərcümə edən Toşihiko İzutsu olub. Müharibədən dərhal sonra 1945-ci ildə həmin kitab çap edilir.

Bəzi yaponlar islamı Çində qəbul etmişlər. Bu sırada Quranı ilk dəfə yapon dilinə tərcümə etmiş Ömər Mitanı göstərmək olar. 1920, 1937, 1950 və 1957-ci illərdə Quran qeyri-müsəlman yaponlar tərəfindən yapon dilinə tərcümə edilmişdi. Ömər Mita isə Quranı yapon dilinə tərcümə etmiş ilk müsəlman yapondur. 1950-ci illərdə Əbdürrəşid Ərşad, Ömər Mita və Mustafa Komora Quranı yenidən yapon dilinə tərcümə etdilər (prosesin gedişində Əbdürrəşid Ərşad vəfat etdiyindən tərcümə işini digər iki müsəlman yapon başa çatdırmışdı). {1}

Tolerantlıq

Namaz qılmaq üçün yer
Namaz qılmaq üçün yer

Yaponiyada dini tolerantlıq haqqda çox geniş danışmaq olar. Yaponiya digər ölkələri bu mənada qabaqlamağı bacarır. Bir çox Avropa ölkələrində əhali azan səsinin onları narahat etdiyini əsaslandıraraq etiraz edirlərsə, Yaponiyada əhali bir tərəfdə kilsə zəngləri, digər tərəfdə azanın səslənməsini özünün uğuru hesab edir. Bu mənada Yaponiyanı bütün dinlərin keşiyində duran və bütün dinlərin yığıldığı bir muzey kimi qiymətləndirənlər də var.

Yaponiyanın bir çox hava limanlarında namaz qılmaq üçün xüsusi otaqlar ayrılmışdır. Bir çox yapon şirkətlərində də buna rast gəlmək olar. Lakin bəzi şirkət sahibləri “işçinin vaxtını aldığı üçün” namazı, “işçinin səhhətinə pis təsir etdiyi üçün” oruc tutmağı qadağan etmişdir. Onlar bütün bunları iş keyfiyyətinin aşağı düşməsi kimi qiymətləndirirlər. Bununla qarşılaşan əksər müsəlmanlar isə işlərini atırlar.

2000-ci ildə Tokioda Türkiyənin iştirakı ilə Osmanlı üslubunda, Naqoyada pakistanlı iş adamı Əbdülvahab Qüreyşinin vəsaiti ilə hələ II Dünya müharibəsi illərində bombardman nəticəsində dağıdılmış məscidin yerində yeni məscidlər inşa edilib.

Kobe məscidi indi. Kobe, Hyoqo.
Kobe məscidi indi. Kobe, Hyoqo.

Bu gün Yaponiyadakı müsəlmanların sayı dəqiq şəkildə verilmir. Ümumən, Yaponiyada hökumət heç bir dinin nümayəndələrinin sayını dəqiqliklə vermir. Lakin bir çox yerlərdə Yaponiyadakı müsəlmanları sayı 1 milyon, bəzi mənbələrdə isə 700.000 və ya 900.000 olduğu deyilir. Günümüzdə Yaponiyada İslam dininin təbliği ilə məşğul olan qruplar mövcuddur ki, dövlət xüsusi yoxlanışdan sonra onlara öz fəaliyyətləri üçün icazə verir və onları bir çox lazımi avadanlıqlarla da təmin edir.

Yaponiya cəmiyyətində müsəlman diasporunun özünəməxsus yeri və rolu olsa da, müasir dövrdə yapon xalqının çox az hissəsi müsəlmandır. Bu gün daha çox müsəlmanlarla ailə quran müsəlmanlığı qəbul edən xanımlara rast gəlmək olur. Əslində, yaponlar İslamın necə bir din olması haqda düzgün məlumata, təsəvvürə malik deyillər.

Yaponiyada mövcud məscidləri necə tapım?

Yaponiyadasınız və də məscidə getmək istəyirsinizsə aşağıdakı siyahımız sizin üçündür.

Məscidlər Ərazi Ünvan Əlaqə
Hasanath məscidi
[Toyota məscidi]
Aiçi 28-1 Aoki, Tsutsumi-ço, Toyota-şi, P.C.: 473-0932 info@toyotamasjid.org
www.toyotamasjid.org
Naqoya məscidi Aiçi 2-26-7 Honcin Dori, Nakamura-ku, Naqoya-şi, P.C.: 453-0041  nagoyamosque.com
Naqoya Port məscidi Aiçi 33-3 Zennan-ço, Minato-ku, Naqoya-şi,
P.C.: 455-0814
Şin Anjo məscidi Aiçi 1-11-15 İmaike-ço, Anjo-şi, P.C.: 446-0071
Çiba məscidi Çiba 254-1-2 Sanno-cho, Inage-ku, Chiba-shi,
P.C.: 263-0002
Tell: 080-3218-0516
090-3341-7536
Kisarazu məscidi Çiba 2519 Naqasuka, Kisarazu-şi,
P.C.: 263-0002
Tell: 090-8809-1966
090-2727-3337,  080-4349-0841
Masjid Hira
[Gyotoku məscidi]
Çiba 3-3-19 Gyotoku Ekimae, Ichikawa-shi,
P.C.: 272-0133
Tell: 03-3871-6061
www.icoj.org
Niihama məscidi Ehime 2-2-43 Ikku-cho, Niihama-shi,
P.C.: 792-0025
 www.dokidoki.ne.jp/home2/islam
Fukuoka məscidi Fukuoka 3-2-18 Hakozaki, Higashi-ku,, Fukuoka-shi,
P.C.: 812-0053
information@fukuokamasjid.org
www.fukuokamasjid.org
Matsuyama Musalla Ehime 1-20 Dogo Imaichi, Matsuyama-şi,
P.C.: 790-0845
Fatiha məscidi
[Kakamigahara məscidi]
Gifu 4-18 Mi-i-cho, Kakamigahara-shi,
P.C.: 504-0941
Babul İslam
[Gifu məscidi]
Gifu 8 Higaşi Maçida, Furuiçiba, Gifu-şi,
P.C.: 501-1121
 nagoyamosque.com/gifu
Jame Masjid Muhammadiya Masoomiya
[İsesaki məscidi]
Gumma 37-4 Kita-machi, Isesaki-shi,
P.C.: 372-0056
Masjid Darussalam
[Sakaimachi məscidi]
Gumma 772 Sakai, Isesaki-shi,
P.C.: 370-0124
Masjid Quba
[Tatebayashi məscidi]
Gumma 4-7-26 Honcho, Tatebayashi-shi,
P.C.:374-0024
Tell: 03-3871-6061
www.icoj.org
Masjid Salamat Gumma Tatebayashi-şi
Al Noor
[Otaru məscidi]
Hokkaido 5-4-27 Inaho, Otaru-shi,
PP.C.:047-0032
 www.noormasjid.com
Muroran məscidi Hokkaido 5-18-6-1F Takasago-cho, Muroran-shi,
P.C.: 050-0072
Sapporo məscidi Hokkaido 3-7-2 Nishi, Kita 14jo, Kita-ku, Sapporo-şi,
P.C.: 001-0014
 www.hisociety.jp
Kobe məscidi Hyogo 2-25-14 Nakayamate Dori, Çuo-ku, Kobe-şi,
P.C.: 650-0004
kobemasjid@gmail.com
www.kobemosque.info
Madina məscidi Ibaraki 783-2 Hananoi, Omitama-şi, P.C.: 319-0124 Tell: 090-5813-9848
mail@icljapan.com
Masjid Abu Bakar Siddique
[Mito məscidi]
Ibaraki 345-8 Sumiyoshi-cho, Mito-şi, P.C.: 310-0844
Masjid Ar-Rahman
[Hitachi məscidi]
Ibaraki 3-13-10 Higashi Narusawa-cho, Hitachi-shi,
P.C.: 316-0034
hitachimuslim@gmail.com
Masjid Bait-ul Mukarram
[Hitachi Naka məscidi]
Ibaraki 302-1 Edakawa, Hitachinaka-shi,
P.C.: 312-0035
Tsukuba məscidi Ibaraki 315-10 Kaname, Tsukuba-shi,
P.C.: 300-2662
Website : www.tsukubamosque.com
Morioka məscidi Ivate http://moriokamuslim.blogspot.jp/
Takamatsu Musalla Kagawa 3-4 Yasaka-machi, Takamatsu-shi,
P.C.: 760-0049
Ja’me Masjid Yokohama
[Yokohama məscidi]
Kanagawa 1-31-13 Hayabuchi, Tsuzuki-ku, Yokohama-shi,
P.C.: 224-0025
info@masjid-yokohama.jp
www.masjid-yokohama.jp
Ebina məscidi Kanagawa 3-12-1 Kamigo, Ebina-shi,
P.C.: 243-0434
Tell: 090-8000-9711
Kyoto məscidi Kyoto 92 Miyagaki-cho, Kamigyo-ku, Kyoto-shi,
P.C.: 602-0853
Sendai məscidi Miyagi 7-7-24 Hachiman, Aoba-ku, Sendai-shi,
P.C.: 980-0871
 www.iccsendai.org
Madni Masjid
[Niigata Port məscidi]
Niigata 15-1 Tarodai, Kita-ku, Niigata-shi,
P.C.: 950-3101
Okayama Islamic Center
[Okayama məscidi]
Okayama 2-1-7 Tsushima Higashi, Kita-ku, Okayama-shi
Osaka məscidi Osaka 4-103-1 Owada, Nishi Yodogawa-ku, Osaka-shi,
P.C.: 555-0041
Tell: 080-3822-4143
090-3993-8708, 090-3713-3199
Osaka Ibaraki məscidi Osaka 4-6-13 Toyokawa, Ibaraki-shi,
P.C.: 567-0057
 osakamosque.org
Masjid Bait-ul Aman
[Gamo məscidi]
Saitama 1-33 Gamo, Koshigaya-shi,
P.C.: 343-0838
Masjid-e Hazrat Bilal
[Gyoda məscidi]
Saitama 50-6 Shimosudo, Gyoda-shi
Postal Code :
Tell: 090-5759-1853, 090-3347-5997
090-2653-2839, 080-3605-2158
İçinovari məscidi Saitama 1-1-6 Bingo Nishi, Kasukabe-shi,
P.C.: 344-0033
Tell: 0487-38-1046
090-1793-0414 (Mr.Najam)
Kita Sakado Musalla Saitama 1 minute walk from Kita Sakado Station Tell: 090-2665-0011
090-3346-8354
Saitama University Masjid
[Saitama məscidi]
Saitama 560-8 Okubo-Ryoke, Sakura-ku, Saitama-shi,
P.C.: 338-0826
secretary.smca@yahoo.com
smcajp/saitama-masjid
Toda məscidi Saitama 4-5-1 Niizo Minami, Toda-shi, P.C.: 335-0026
Jamea Masjid Ghousia
[Yashio məscidi]
Saitama 649 Ukizuka, Yashio-shi,
P.C.: 340-0835
yashiomasjid@hotmail.com
www.yashiomasjid.com
Fuci məscidi Shizuoka 2561-29 Nakazato, Fuji-shi, P.C.: 417-0826
Mohammadi Masjid
[Hamamatsu məscidi]
Shizuoka 161-2 Terawaki cho, Minami-ku, Hamamatsu-shi,
P.C.: 430-0841
Tell: 053-442-5867
www.hamamatsumosque.com
Al-Tawheed Mosque
[Hachioji məscidi]
Tokio 36-6 Hiraoka Maçi, Haçioci-şi,
P.C.: 192-0061
 www.geocities.jp/masjid_al_tawheed
Arabic Islamic Institute
[Hiro-o məscidi]
Tokio 3-4-18 Moto Azabu, Minato-ku,
P.C.: 106-0046
 www.aii-t.org
İkebukuro Mushalla Tokio 1-2-3-401 NishiIkebukuro, Toshima-ku
P.C.: 171-0021
Tell: 03-3985-4669
Indonesia Musalla Tokio 3-6-6 Meguro, Meguro-ku,
P.C.: 153-0063
Kamata məscidi Tokio 5-1-2 Kamata, Ota-ku,
P.C.: 144-0052
 kamatamasjid.com
Masjid As-Salaam
[Ueno Okaçimaçi məscidi]
Tokio 1F As-Salaam Bldg., 4-6-7 Taito, Taito-ku,
P.C.: 110-0016
admin@assalaam.info
www.assalaam.info
Otsuka məscidi Tokio 3-42-7 Minami Otsuka, Toşima-ku, P.C.: 170-0005 www.islam.or.jp
Masjid Darul Arqam
[Asakusa məscidi]
Tokio 1-9-12 Hihaşi Asakusa, Taito-ku, P.C.: 111-0025 Tell: 03-3871-6061
www.icoj.org
Makki Masjid
[O-hanajaya məscidi]
Tokio 5-22-14 Yotsugi, Katsushika-ku,
P.C.: 124-0011
Tell: 03-5670-7426
Machida Musalla Tokio 4-22-16-202 Hara Machida, Machida-shi,
P.C.: 194-0013
Shibuya Mushalla Tokio 1107 Sagas Bldg., Dougenzaka, Shibuyaku
P.C.: 150-0043
ShinOkubo Mushalla Tokio 2-10 Hyakunincho, Shinjukuku-ku
P.C.: 169-0073
Tokio Camii
[Tokio məscidi]
Tokio 1-19 Oyama-cho, Shibuya-ku,
P.C.: 151-0065
info@tokyocamii.org
www.tokyocamii.org
Toyama məscidi Toyama 110-2 Tsubatae, Imizu-shi,
P.C.: 934-0038
Babul Islam Masjid
[Oyama məscidi]
Toçigi 237-1 Hitotonoya, Oyama-shi,
P.C.: 323-0827
Aşikaga məscidi Toçigi 1347 Yamashita-cho, Ashikaga-shi,
P.C.: 326-0846
Tokuşima məscidi Tokuşima 2-8-1 Naka Shimada-cho, Tokushima-shi,
P.C.: 770-0052
Gülər Nursu © yapon.az 2016
S.N.