ABŞ-ın beynəlxalq araşdırma şirkəti “Gallup”ın apardığı sorğunun nəticəsinə görə, Yaponiya axırıncı yerdə qərarlaşıb

Sapporo. Sevinc Nur (yapon.az)

“Gallup” yenə də ölkəsi üçün döyüşmək istəyənləri müəyyənləşdirməyə çalışıb. Bu dəfə də avropalılar geridə, müsəlman ölkələri isə ön sıralardadır…

Sorğuda iştirak edən Azərbaycan əhalisinin 85%-i ölkəsi üçün döyüşməyə hazır olduğunu bildirib.

Siyahıya 94% göstərici ilə Mərakeş liderlik edir. İlk beşliyə 94 faiz göstərici ilə Fici (94%), Pakistan və Vyetnam (89%), Banqladeş (86%) daxildir.

Türkiyə 73%-lə 12-ci, ABŞ 44% göstərici ilə 39-cu sıradadır.

Gürcüstan 76%-lə 9-cu, Ermənistan 72%-lə 15-ci, Rusiya 59%-lə 27-ci yerdə qərarlaşıb.

63 ölkədə aparılan sorğuya əsasən 11 faizlik göstərici ilə Yaponiya sonuncu yerdədir.

Şəkil “Sonuncu samuray” filmindəndir.