Hoşinçu – havada asılı qalan bonsai bağçası

Bonsai kiçik ağaclardan yaradılan yapon mədəni incəsənəti növüdür. Hoşinçu isə onun havada asılı qalan formasıdır və bu model 2016-cı ilin yanvarında satışa buraxılaraq bütün dünyada marağa səbəb olub. Ən sadəsinin dəyəri 30 000 ¥ -dir.

Hoşinçunun hissələri aşağıdakılardan ibarətdir:

“Enerji bazası”

Altlığında “Arita-yaki” kimi tanınan porselian istifadə edilir. Bu porselian enerji bazası adlanır və Arita şəhərində hazırlanır. İçərisində maqnit yerləşdirilir. Fırlanan mexanizmi var. Ağ porselian ənənəvi Yaponiya “İmari”sindən hazırlanır.

“Kiçik ulduz” – mamır və lavadan ibarətdir. Kiçik ulduzun lavası – dabandaşından hazırlanır (Sakurajima, Kagoşima). Kiçik ulduzun mamırı isə Yaponiyanın şimalındakı Yamaqata prefekturasında istehsal olunur. Yosunun torpaqsız yaşıl qala bilməsi üçün xüsusi texnikalar istifadə edilərək işlənir. Yosunun kökləri lava ilə uyğunlaşana qədər torpaqdan təmizlənir. İçərisinə maqnit yerləşdirilir. Enerji bazasının üzərində 2 sm hündürlükdə havada qalır. Çəkisi 250 q-dır. Aradabir sulanmalıdır.

Yastıq üzü və nəhayət adapter qurğusu.

[wpvideo pke8eOTy]

 Sevinc N. © yapon.az 2018