Yaponiyanın rəsmi hökumət möhürü Toyotomi klanına məxsus olan mondur

Hökumət möhürü

Yaponiyanın hökümət möhürü. Vikipediya - elektron ensiklopediya.
Yaponiyanın hökümət möhürü. Vikipediya – elektron ensiklopediya.

Sağ tərəfdə gördüyünüz ağ-qara rəsim Yaponiyanın rəsmi höhumət möhürüdür. Möhür, həmçinin, 5-7-5 şəklində yerləşdirilən pavlovniya çiçəyi və yarpağını xatırlatdığı üçün pavlovniya möhürü (桐紋- kirimon) (və ya pavlovniya çiçəyi möhürü (桐花紋 – tōkamon), pavlovniya 5-7 (五七桐 – qo şiçi no kiri)) də adlanır.

Əvvəllər payızgülü (lat. chrysanthemum) möhürü daha geniş istifadə olunurdu. Belə ki, pavlovniya monu (紋) (həmçinin, monşō (紋章), mondokoro (紋所), kamon (家紋) – Yaponiyada hər hansı şəxs və ailəni müəyyənləşdirən bəzək və ya identifikasiya simvolu belə adlanır.) artıq 12-ci əsrdən imperator ailəsinin şəxsi emblemi idi. Sonralar kirimon Toyotomi Hideyoşinin rəhbərlik etdiyi klanın qəbilə embleminə çevrilir. Yalnız məşhur Meici bərpası dövründən sonra möhür Yaponiya hakimiyyətinin emblemi kimi qəbul olunur.

Qeyd edim ki, Toyotomi Edo dövründən əvvəl Yaponiyanı idarə edən bir klandır.

Tsukuba Universitetinin emblemi. Vikipediya - elektron ensiklopediya.
Tsukuba Universitetinin emblemi

Hal-hazırda kirimon əsasən Yaponiya hökuməti tərəfindən, imperator ailə üzvləri və imperatoru dövlət suverenliyinin rəmzi kimi təmsil edən payızgülü möhüründən fərqli olaraq, istifadə olunur. Lakin “təsnifatlaşdırsaq” kirimon, əsasən, Yaponiyanın Nazirlər Kabinetinin (内閣- Naikaku) və İcraedici Hakimiyyətinin (Yaponiyanın hakimiyyət qollarından biri. Fəaliyyətdə olan konstitusiyaya əsasən, ölkənin ali icraedici orqanı Nazirlər Kabinetidir) rəsmi sənədlərində isrtifadə edilir.

Yaponiyanın baş nazirinin emblemi. Vikipediya - elektron ensiklopediya.
Yaponiyanın baş nazirinin emblemi

Möhürün bir varinatı Yaponiyanın baş nazirinin rəsmi emblemidir. Variantlarından digəri Yaponiyanın ilk milli universitetlərindən biri olan Tsukuba Universitetinin (筑波大学 – Tsukuba daiqaku) (Tsukuba, İbaraki, Kantoda yerləşir) emblemidir. Universitetin əsası 1872-ci ildə qoyulub.

“Şahzadə ağacı”

Pavlovniya ağacı, yarpağı, çiçəyi. S.N.
Pavlovniya ağacı, yarpağı, çiçəyi

Pavlovniya – yaponcada kiri (桐), həm də “şahzadə ağacı” kimi tanınır (pavloniya tomentosa növünə əsasən). Əvvəllər mövcud olan adətə görə, qız övladı dünyaya gələn ailə onun böyüyüb gəlin olacağını nəzərə alaraq, (ona toy hədiyyəsi kimi şkaf vermək üçün) pavlovniya ağacı əkərmiş.

Bitkiyə pavlovniya adı 1835-ci ildə Filipp Sibold (Philipp Franz Balthasar von Siebold) və Cozef Zukkarini (Joseph Gerhard Zuccarini) tərəfindən Rusiya çarı I Pavlın qızı, Niderland şahzadəsi gözəl Annanın şərəfinə verilib. Bitki 1870-ci ildə onlar tərəfindən tərtib olunan “Flora Japonica” kitabında təsvir olunub. Lakin təkcə Yaponiyada deyil, Şimali Amerika (vətəni hesab olunur), Uzaq Şərq, Cənub-şərqi Asiya, Qafqaz kimi geniş arealda yayılıb. 

Bu bitki yetişmək üçün az zəhmət tələb edir və qısa vaxt ərzində məhsul verir. Dekorativ və təsərrüfat əhəmiyyətlidir. Oduncağı möhkəm, lakin yüngüldür. Koreya, Çin, Yaponiyada simli musiqi alətlərinin (guqin, guzheng, pipa, koto, və kayaqum, elektrik qitara) istehsalında istifadə olunur.

Sevinc Nur © yapon.az 2015