10 ilə yaxındır ki, Yaponiyanın NHK kanalı atom bombardmanından sonra sağ qalanların yaşadıqlarını, xatirələrini onlardan gələn məktublar şəklində toplayır. 2019-cu ildə 2200-dən çox məktub arasından 3-ü “Animated Memories of Loved Ones: Letters from Hibakusha” animesinin əsas mövzuları kimi seçilib. Anime üç qısametraflı cizgi filmindən ibarətdir və 2019-cu il avqustun 31-də həmin kanalda yayımlanmışdır.

1. Mariko Yamomotodan məktub, anime:Yamana məktub”;

2. Hatsumi Kavamotodan məktub, anime: “あなたがいて 私がいて (“Səninlə varam” və ya “Sənin həyatın, mənim həyatım”);

3. Masaki Hironakya məktub, anime: “父とのわかれ (“Əlvida ata”)”.

Hiroşima prefekturasından tanınmış rəssamlar, animatorlar və yerli universitet tələbələrindən ibarət komandalar tərəfindən hazırlanan qısametrajlı filmlər faciəvi hadisənin şahidlərinin xatirələrinə, müharibə və fəlakətlərə yeni nəslin baxış və hisslərini təsvir edir. Səhnələr atom bombası partlayışlarının dəhşətləri ilə məhdudlaşmır, xoşbəxt ailə anları, sevgi, dostluq və gəncliyin ümumbəşəri və əbədi olan digər təzahürlərini də əhatə edir və bununla da itirilmiş həyatların və günlərin faciəvi miqyasını çatdırmağı hədəfləyir.

Xatırladım ki, 2018-ci ildə 4 məktub qısa animasiyalar şəklində ekranlaşdırılmışdı. “Hibakuşadan məktublar: Atom bombardmanından sağ qalanların animasiyalaşdırılmış hekayələri”ndə canını qurtaran şəxsin sona çatmaq üçün apardığı mübarizəsi, bir yeniyetmənin ilk sevgisini tapmaq istəyi və ölən bir qızın kədərli sözləri yer alır.

NHK ümid edir ki, bu gün yeniyetmələr onlara çox bənzəyən, lakin xəyalları yarımçıq qalan insanlar haqqında müəyyən təssəvvürlərə sahib olacaqlar.

“Hibakuşadan gələn məktublar” adı ilə materialların toplanmasına, 2010-cu ildə “Asahi Şimbun” qəzeti atom bombalarının atılmasının 65-ci ildönümü ilə əlaqədar bir anketdə iştirak etməyə dəvətlə başlamışdı. Alınan çox sayda məktubdan ən yaddaqalanlarından yeddisi seçilmiş və müəlliflərlə görüşüldükdən sonra 2010-cu ilin iyul-avqust aylarında 7 məqalə dərc edilmişdi;

1) Şoo Mişiqamidən məktub;
2) Kimiko Yamamotodan məktub;
3) Takaşi Totsudan məktub;
4) Sumie Noquçidən məktub;
5) Kazue İnouedən məktub;
6) Anonim kişidən məktub;
7) Minoru Yoşikanedən məktub.

Yuxarıda daim işlədilən və sizlər üçün yeni olan “hibakuşa” kəliməsi isə (⌈çibaꜜkɯ̥ɕa⌋) yaponca 被 爆 者 və  ya 被曝 者, hərfi “bombanın təsirindən zərərçəkmiş şəxs” kimi tərcümə olunur. Söz yapon mənşəlidir və məhz 1945-ci ildə Hiroşima və Naqasaki şəhərlərinə atılan atom bombalarının təsirinə məruz qalmış şəxsləri ifadə etmək üçün işlədilir.

Sevinc Nur © yapon.az 2019