1873-cü ildə Almaniyaya məxsus “Robertson” gəmisi Yaponiyanın Miyakocima adasında qəzaya uğrayır və gəmi heyəti yerli əhali tərəfindən xilas edilir.


Alman imperatoru kayzer I Vilhem təşəkkür məqsədilə 1876-cı ildə adada “Dostluq abidəsi” (博愛記念碑) ucaldır.
Həmin dövrdə ada Ryukyu krallığına aid idi. 1879-cu ildə Yaponiya Ryukyu krallığını tərkibinə qatandan sonra abidədən yapon-alman dostluğu propaqandası məqsədilə istifadə etmişdilər və hətta 1936-cı ildə yaponlar ikinci bir abidə ucaldıblar.
İkinci dünya müharibəsindən sonra da bu Miyakocimada “alman sevgisi” davam edib. 1993-cü ildə Miyakocimada “Ueno Alman Mədəniyyət Kəndi” (うえのドイツ文化村) açılıb. Burada Marksburq qəsrinin replikası və Berlin divarından bir hissə sərgilənməkdədir.

Cəmi bir qəzanın dövlətlərarası münasibətə necə təsir etdiyini anlamaq çətin deyil.
Müəllif: Serkan Şentürk [yaponaz2019]