Hazırda İspaniyada 8 min yapon yaşayır.

Onların bir qismi 1617-ci ildə daymyo Date Masamune tərəfindən İspaniyaya göndərilmiş və ölkələrinə qayıtmayıb Sevilya yaxınlığındakı Koriya-del-Rio qəsəbəsində məskunlaşan 6 samurayın törəmələridir.

Şəkildəki isə həmin nümayəndəliyin başçısı, xristian olmuş Hasekura Tsunenaqadır.
2003-cü ilin statistikasına görə Koriya-del-Rioda soyadı “Hasekura de Japón” olan 650 nəfər yaşayır və özlərini həmin yaponların törəmələri hesab edirlər. Şəhərdə hələ də bəzi uşaqlar Asiya irqlərinə xas əlamətlərlə doğulurlar. “Mançestr Siti”nin ispan futbolçusu David Silva da ana tərəfdən yapon əsillidi.
1992-ci ildə Koriya-de-Rioda Yaponiya hökumətinin dəstəyi ilə Hasekura Tanenaqa heykəli və tori ucaldılıb.
Müəllif: Serkan Şentürk (yaponaz 2019)