Qədimliyi və təbiətin gözəlliyini özündə cəmləşdirən ən füsunkar məbədlərdən biri, Meici məbədidir (明治神宮 Meici Cinguu, ing. Meiji Jinguu). Gəlin, yaponiyalı bələdçimizlə birlikdə Meici məbədini gəzək.

(“A:” – azərbaycanlı müxbirimiz Gülşən Cabbarlı, “Y:” – yaponiyalı bələdçimiz Yuko Fucivaradır.)

A: Meici məbədi harada yerləşir?
Y: Meici məbədi Tokionun mərkəzi sayılan Şibuyada yerləşir. Bu məbəd Meici imperatoru və xanımına ithafən tikilən ən gözəl məbədlərdən biridir. Lakin imperatorun məzarı burada deyil, Kioto şəhərinin cənubunda yerləşir.

meiji jingu yaponaz 1 (2)

A: Qəribədir. Sake (Yaponiyanın spirtli içkisi) qoxusu gəlir. Bunlar nədir ?
B: Bunlar keçmiş zamanda sake hazırlandıqdan sonra neçə illər ərzində saxlanılan qablardır. Ən dadlı sake, ən uzun müddət qalan sakelərdir. Bu sake qabları isə Yaponiya və Fransanın dostluq münasibətinin nümayişi üçün Fransa tərəfindən Yaponiyaya hədiyyə olunan qablardır. Burada saxlanılır. Böyük ehtimalən içləri boşdur.

meiji jingu yaponaz 1 (3)

A: Ağac kötüyünün üzərində niyə illər yazılıb ?
Y: Yaponiyada adətən hamı çalışır ki, qədimi hər şey qorunsun. Bu ağac isə ən qədim ağacdır. Təqribən 2000 il yaşı var. Daha sonra düşmə ehtimalı çox olduğunu nəzərə alınaraq kəsilib. Gördüyün kimi, ağac kəsilsə də kötük və ağacın özü olduğu kimi qalıb. Ağacın özünü kəsdikdən sonra belə aparılmayıblar.

meiji jingu yaponaz 1 (4)

A: Bəs bura nədir?
Y: Bura çay mərasimlərinin keçirildiyi yerdir. Həmçinin, bu məbəddə toy mərasimləri keçirildiyinə görə, daha sonra bu evləri ziyarət edirlər. Hal-hazırda bağlı olduğuna görə, içəri daxil ola bilmirik.

meiji jingu yaponaz 1 (5)

A: Qabaqda gördüyümüz nədir?
B: Yapon dilində “torii” deyilir. Şintoistlər və ya bu məbədi ziyarət edənlər öncə, toriinin altında keçdikləri zaman baş əyib keçirlər.
A: Bizim qarşımıza çoxlu sayda torii çıxdı.
B: Bəli, hər onu gördüyümüz zaman başımızı əyib, daha sonra keçməliyik.

meiji jingu yaponaz 1 (6)

A: Tez-tez rəsimlərdə bu taxtaları görürdüm. Bunlar nə üçündür?
Y: Bu taxtalar, məbədə girməzdən öncə əllərimizi və ağzımızı yumaq üçündür.
A: Ah! Bizim islam dinində olduğu kimidir. Biz də məscidə girməzdən öncə dəstəmaz alırıq. Əllərimizi, ayaqlarımızı və ağzımızı yuyuruq.
Y: Eynən. Bizdə ancaq əllər və ağzımızdır. İlk sağ əllə taxtada olan su ilə sol əlimizi, daha sonra sağ əlimizi yuyuruq. Qalan suyu isə ovcumuza tökərək ağzımızın için yaxalayaraq boşaldırıq. Taxtanın içini su ilə doldurub boşaltdıqdan sonra isə yerinə qoyuruq.

meiji jingu yaponaz 1 (7)

A: Çox gözəldir. Turistlər ilə yanaşı çoxlu sayda yaponları görürəm.
Y: Bəli, yaponlar adətən vaxt tapan kimi bura gəlib dua edirlər. Həmçinin, hava gözəl olanda isə məbədin ətrafında olan Yoyoqi parkını da gəzənlər çoxdur.

meiji jingu yaponaz 1 (8)

A: Bəs, bu taxtaların üstünü yazmaq olar?
Y: Təbii ki. Öncə taxta lövhəciyi almalıyıq. Sonra isə arzumuzu taxtanın üzərinə yazaraq gördüyün yerdən asmalıyıq.
A: Olar mən də sınayım?
Y: O zaman gedək taxta lövhəcik alaq.
A: Hazırdır! Yazdım!

meiji jingu yaponaz 1 (9)

Məqalədə olan bütün fotolar müəllifə məxsusdur.
Gülşən Cabbarlı © yapon.az 2018

Meici Şrine haqqında geniş tarixi material üçün buranı ziyarət edə bilərsiniz 🙂