Gyudon (牛丼) – Yaponiya mətbəxinin asan, tez hazırlanan və dadlı yeməklərindən biridir. Yeməyin adı yapon dilindən tərcümədə “mal əti ilə donburi” anlamına gəlir (hərfi tərcümədə 1 kasa mal əti deməkdir. Burada “qyu” – “inək” və ya “mal əti”, “don” isə, öncəki yazılarda izah etdiyimiz kimi donburi sözünün qısaltmasıdır. Yapon dilindən tərcümədə “kasa” mənasını verir red.). Donburi – əsasən kasada (təqribən 2 kiçik piyalə həcmində) düyü və üzərində ət, balıq, tərəvəzlər və s. əlavələrlə süfrəyə verilən yemək növüdür.

Yemək sadə ərzaqlardan və tez hazırlanmasına görə, Yaponiyada sırf bu yemək növü üzrə fəaliyyət göstərən kiçik “fast food” kafelərə tez-tez rast gəlmək olar. Gyudon adətən duzlu zəncəfil (zəncəfil turşusu), çiy və ya yarı bişmiş yumurta və Miso şorbası ilə birgə süfrəyə təqdim olunur.

167782Yeməyin hazırlanmasında istifadə olunan ərzaq adlarının izahı:

Daşi bulyonu – Yaponiya mətbəxində tez-tez istifadə olunan balıq bulyonudur.
Sake – düyü çaxırıdır.
Mirin isə sırf, yemək hazırlama zamanı istifadə olunan şirin düyü çaxırıdır.

Bu ərzaqları Yaponiyanın yemək ərzaqlarının satışı ilə məşğul olan mağazalardan əldə etmək olar.

Ərzaqlar (1 nəfər üçün):

  • 40-50 ml daşi bulyonu
  • 1,5-2 xörək qaşığı (x.q.) soya sousu
  • 1 x.q. sake (düyü çaxırı)
  • 1 x.q. mirin
  • Soğan (0,5 böyük və ya bütöv balaca)
  • 0,5-1 x.q. şəkər tozu (zövqə görə)
  • 100 qr. dana əti
  • 1 ədəd yumurta
  • 200-300 qr. yaponsayağı bişmiş isti düyü
  • 0,5 çay qaşığı qızardılmış küncüt

Bişirilmə qaydası:

Bu yeməkdə mal ətini çox nazik doğramaq lazımdır. Bunu daha asan etmək üçün, öncə dana ətini bir az dondurursunuz və ət bərk olduqda onu rahat şəkildə maksimal nazik dilimlərə doğrayırsınız. Əti doğradıqdan sonra dilimləri yuyursunuz ki, qan tam ətdən çıxsın. Daha sonra mətbəx salfeti ilə ət dilimlərini qurudursunuz. Əti kiçik bir qaba əlavə edib üzərinə çay qaşığı mirin tökürsünüz və duz əlavə edirsiniz.

Bu arada soğanı uzun zolaq formasında doğrayırsınız. Daha sonra tavaya daşi bulyonu (daşi bulyonu yoxdursa adi 40-50 ml su əlavə edilir bulyonsuz), sake, mirin, soya souzu və şəkər tozu əlavə edirsiniz, azca qarışdırırsınız və orta-yüksək odda qızdırsınız. Tavadakı məhlul qaynamağa başladıqda əti əlavə edirsiniz. 2 dəqiqə keçdikdən sonra doğranılmış soğan dilimlərini də əlavə edirsiniz.

Tavanın qapağını bağlayın və 1-2 dəqiqə keçdikdən sonra odu azaldıb 3 dəqiqə gözləyin. 3 dəqiqə keçdikdən sonra odu söndürə bilərsiniz. Başqa bir tavada yumurtanın sarısını qarışdırmamaq şərti ilə yumurtanı 0,5-1 dəqiqə qızardırsınız və sarısını səliqəli ayırırsınız.

Qaba bişmiş isti düyünü əlavə edirsiniz, ortaya yumurtanın sarısını qoyursunuz və ətrafına bişmiş ət və soğanı yayırsınız və bişirmə zamanı yaranan souzu ətin üzərinə tökürsünüz.

onion_emotes_by_toadas-d54jfeu QEYD! Yumurtanın sarısı bu yeməkdə sırf görkəm və ağız dadına uyğun istifadə olunur. Yeməyi yumurtasız da süfrəyə təqdim etmək olar.

Sonda yeməyin üzərinə xırda doğranılmış göy soğan və ya qızardılmış küncüt səpirsiniz. Yemək hazırdır!

1023215_600.gif いただきます!

Hüseyn Əskərov © yapon.az 2015