Hər bir insanın zaman-zaman tək bir adada və ya uzaq məkanda yaşamaq istəyi olmuşdur. Elə bir məkan ki, orada yalnız tək sənsən. Başqa heç kim yoxdur. İndi haqqında danışacağım şəxs də Yaponiyanın bu şəhərində tək yaşayır. Şəhərin ondan başqa heç bir sakini yoxdur.

Yəqin düşünürsüz ki, şəhərin tək sakini olduğuna görə o, ən bəxtəvər insandır. Bilmirəm nə qədər bəxtəvərdi ya yox, hər saniyə ölümlə qarşılaşacağını bilə-bilə o, məhz orada yaşayan canlıların həyatını qurtarmaq üçün yaşayır. İndi isə onun haqqında bir az məlumat verim.

Last man in Fukushima
Tomioka, May 2 2012 – Naoto Matsumura, Fukuşima nüvə evukasiya zonası. © Jeremie Souteyrat/LUZ

Naoto Matsumura Tomioka şəhərində yaşayan fermerdir. Bu şəhər AES, Fukişima şəhərindən 9,5 km uzaqlıqda yerləşir. O, bu şəhərdə yaşayan yeganə insandır. 2011-ci ildə baş verən sunami və yüksəz miqdarda radiasiya dalğalanmasından sonra şəhərin əhalisini böyük şəhərlərə köçürdülər. Naoto-san da öz valideyni ilə birlikdə bu şəhəri tərk etmişdi. Lakin bir müddət sonra bütün fikri öz fermasında qaldığına görə yenidən geri qayıdır. Bütün çətinliklərə baxmayaraq, geri döndükdən sonra bütün ferma heyvanlarının yaşadığını görən Naoto, bir daha həmin şəhəri tərk etmək istəməyib. Yenidən şəhəri dolaşdıqdan sonra fermalarda hələ də sağ qalan heyvanları toplayıb öz fermasına gətirib. Belə desək, şəhərdə sağ qalan canlıların qəhrəmanıdır…

Qazı, işığı olmayan şəhərdə necə qalır? Qonşu kəndlilərin köməyi ilə bu şəhərə az da olsa qaz verilməsinə nail olub. Elektriki günəş enerjisindən istifadə edərək əvəz edə bilir. Hər ayın sonunda qonşu kəndə gedib həm heyvanlar üçün, həm də özü üçün ərzaq alır.

Bütün Yaponiyanı bu xəbər çox sarsıtmışdı. Ona görə də onu yenidən valideyninin yanına qaytarmağa çalışdılar. Lakin onun yeganə istəyi həkim müayinəsindən keşmək oldu. Çünki həmin ərazi təhlükəli olduğundan xərçəng xəstəliyinə tutulacağından qorxurdu. Həkimlərin müayinəsindən sonra 30 və ya 40 il daha yaşayacağı və tam sağlam olduğu deyildi. Xəbər başlıqlarında isə Natonun bu sözləri yer aldı: “Onsuz da bütün hallarda mən ölüyəm. Amma ən azından həyat qurtara bilirəm”.

Yaponiyanın ən tənha insanına hələ də Yaponiyanın müxtəlif şəhərlərindən yardımlar gəlməyə davam edir. Heç kim bu əraziyə gedib yaşamaq istəməsə də, hər kəs bu qəhrəmanın yaşamasından xəbərdardır.

Gülşən Cabbarlı © yapon.az 2015