Yaponiyada yaşayır və işləyirsinizsə və sizin illik gəlir verginiz 20.000 ¥ (≈ 200 $) məbləğindən azdırsa dövlət sizi azgəlirli ailə\fərd qəbul edərək gəlir vergisindən azad edir. Heç bir sərəncam və s. imzalamır. Sadəcə, iş yerinə və ya yaşadığınız ünvana müvafiq sənədləri doldurmağınız haqqında göstərişlərlə birgə həmin sənədləri göndərir. Sizdən də doldurmaq və müvafiq yerə göndərməyiniz qalır.

Sənədləşmə işlərinin tamamlanması ilə ötən il ərzində aybaay maaşınızdan çıxan gəlir vergisi avtomatik olaraq maaş kartınıza oturur.

Eyni zamanda, dövlət sizin gəlirlərinizi hesablayaraq azgəlirli ailə olduğunuzu təsbit etdikdən sonra yenə də müvafiq sənədləri sizə göndərib doldurmağınızı və müvafiq ünvana göndərməyinizi istəyir. Müəyyən olunmuş (adambaşına 60 $ civarında) məbləğ sizin maaş kartınıza yüklənir. Bu qədər sadə! Sosial dövlət nümunəsi.

S.N. © yapon.az 2016