誰も知らない

⌈dare mo şiranai⌋

“Heç kim bilmir” filmində təsvir olunan hadisələr tamamilə reallığı əks etdirmək məqsədi daşımasa da, mövzusu real, ağılkəsməz hadisədən alınıb. Film anaları tərəfindən şəhərdə bir mənzildə atılan 4 uşağın sonrakı (Suqamo insidenti) taleyindən bəhs edir. Uşaqların çölə çıxmağa belə icazələri yoxdur. Ən böyüyünün isə cəmi 12 yaşı var. Reallığqla ayaqlaşan kiçik qız uşağının basdırıldığı yerdən başqa, emosionallığı artırmaq, empatiya qura bilməniz üçün rejissor “şeytan detallarda gizlidir” deyib təxəyyülünü işə salıb. Filmin kifayət qədər sakit və dəyişməz hissedilən ritmi isləyicini sona qədər gərgin saxlayır. Sonda, həyatın intensivliyi və kövrəkliyinə işarə kimi sakuraları görürük…

Film nə haqdadır? Ana?! Ana sevgisi?! Ana kimdir və ya necə olmalıdır?! Qadın xoşbəxtliyi?! Uşaqların səadəti?! Uşaqların ehtiyacı?! Uşaqların dünyası?! 

Filmin qəhrəmanları kimdir? İstəmədən dünyaya gələn, gün üzünü ancaq pərdə arxasından görən, məktəbə gedə bilməyib mövcudluğundan belə dünyanın xəbərsiz olduğu uşaqlarmı? Həyatını qura bilmək, həyatda qala bilmək üçün başqasının – hər hansı bir kişinin gücünə arxalanmağa çalışan və o kişiləri əldə saxlamaq üçün dünyaya övlad gətirən bir qadınmı? Yoxsa bu qadını “doğan” cəmiyyətmi?

Bəs həqiqətən xoşbəxtlik nədədir? Xoşbəxtliyi axtarmaqmı lazımdır, yoxsa yaratmaqmı? Güclü olan kimdir? Kiçik ürəkləri və gücsüz bədənləri, əllərilə həyata tutunan körpələrmi, yoxsa dünyaya 4 övlad gətirməyə dözüb onlara sahib çıxmayan qadınmı?

“Heç kim bilmir”, Akira 12 yaşı olmasına baxmayaraq, bütün ailənin yükünü çiyinlərində saxlaya bilir. “Heç kim bilmir”, Yuki böyüyüb, lakin hələ də çamadana yerləşir…

Film 2004-cü ildə ilk dəfə Kann Film Festivalında nümayiş etdirilib. Filmin rejissoru, ssenari yazarı və prodüseri Hirokazu Kore-edadır. Film Kann Film Festivalında bir çox mükafatlar, eləcə də Ən yaxşı oyunçu, həmçinin, 47-ci Hoçi film mükafatının Ən yaxşı filmƏn yaxşı redaktor işi nominasiyalarına layiq görülüb. Yuya Yagira (Akira Fukuşima rolunun ifaçısı) Kann Film Festivalı tarixində Ən yaxşı oyunçu mükafatına layiq görülən ən gənc aktyor olub.

MCDNOKN EC007

Sevinc Nur © yapon.az 2019