Tarixə Suqamo insidenti kimi düşən (yap. 巣鴨子供置き去り事件 ⌈suqamo kodomo okisari ciken⌋ hadisə 1988-ci ildə Suqamo, Toşima vard, Tokyoda baş verib. Bu dəhşətli hadisə cəmiyyətdə böyük rezonansa səbəb olub, uzun müddət ictimaiyyətin müzakirə mövzusuna çevrilib və yerli KİV tərəfindən işıqlandırılıb. İnsidentin ictimaiyyətə məlum olmasından sonra polis heç vaxt uşaqların adlarını açıqlamayıb, jurnalistlər onları hərflərlə adlandırıblar: A, B, C, D və E.

Ana Suqamo rayonundakı mənzildə beş azyaşlı uşağını tərk edərək uzun müddət evə qayıtmamışdır. Ananın 2 oğlu və 3 qızı olub;

A – ən böyük oğlu 1973-cü ildə anadan olub;

B – ən böyük qızı 1981-ci ildə anadan olub;

C – 1984-cü il təvəllüdlü ən kiçik oğlu doğulduqdan qısa müddət sonra ölüb;

D və E (hər ikisi qız) 1985 və 1986-cı illərdə doğulublar.

Bütün uşaqlar müxtəlif atalardan idi. A-dan başqa uşaqların heç biri doğuşdan sonra qeydə alınmamışdı və onların heç biri məktəbə getmirdi. 1987-ci ilin payızında ana yeni bir sevgili ilə qarşılaşdıqdan sonra, A-nı evin böyüyü təyin edib uşaqları tərk edir və Tokioda bir mənzildə yaşamaq üçün onlara cəmi 50 min yen, o vaxt üçün 350 ABŞ dolları saxlayır.

1988-ci ilin aprelində böyük uşaq A-nın dostu (A1 və B1 kimi bilinən) B1 hirsləndiyi üçün ən kiçik uşaq E-ni bir neçə dəfə şkafdan atdığı üçün o, ölür. 

Eyni il iyulun 17-də kirayənin ödənilməməsilə bağlı ev sahibinin şikayətinə baxan Suqamo rayonunun səlahiyyətli şəxsləri qapını sındıraraq mənzilə daxil olurlar. Burada isə zibillik və üfunət içində tükənmiş, sayıqlayan uşaqlar aşkar edirlər. Uşaqların yanında bir cəsəd də tapılır. Lakin bu, E-nin cəsədi olmur. Uşaqlar tam olaraq nə baş verdiyini açıqlaya bilmirdilər. Məlum olur ki, uzun müddət aclıq çəkən uşaqlar ancaq yaxınlıqdakı konbinidən qalan artıqlarla qidalanırmışlar.

Sonralar məlum olur ki, evdə tapılan uşaq cəsədi C-nin imiş. 

İnformasiyanın geniş işaqlandırılması nəticəsində, iyulun 23-də ana ortaya çıxaraq təslim olur. Etiraflarında o, uşaqları tək qoyub getdiyini və 9 ay evə gəlmədiyini açıqlayır. Qadın, həmçinin, sonbeşiyinin harda olduğunu bilmədiyini deyir. İyulun 25-də böyük oğlan istintaqa bildirir ki, dostu B1 kiçik bacısını öldürüb və dostu A1 ilə onu Çiçibuda dəfn ediblər. Yetkinlik yaşına çatmayan uşağı öldürdüklərinə görə hər iki dost sonradan xüsusi çətin tərbiyəolunanlar üçün məktəbə göndərilirlər. Qardaşı isə bacısının ölümü zamanı iştirak etməmiş olsa da, basdırılma zamanı dostuna kömək etdiyinə görə günahkar sayılır, lakin mövcud vəziyyəti nəzərə alaraqdan həbs edilmir, xüsusi yardım alır.

1988-ci ilin avqustunda baş tutan məhkəmədə ana valideynlik hüququndan məhrum edilir və o, 4 il təxirə salınmaqla üç il müddətinə azadlıqdan məhrum edilir. 3 il azadlıqdan məhrumedilmə cəzası bitdikdən sonra ana 2 qızı üzərində valideynlik hüququnu bərpa edir. Lakin böyük oğlun aqibəti haqqında heç bir məlumat yoxdur.

Hadisə əsasında 2004-cü ildə Hirokazu Kore-eda “Heç kim bilmir” filmini çəkib.

Sevinc Nur © yapon.az 2019