Cosplay nədir?

Azərbaycanda cosplay`ın vəziyyəti necədir?

“Cosplay (yapon dilində コスプレ kosupure) “costume” və “play” (ingiliscə) kəlimələrinin birləşdirilməsi ilə yaranıb (“Kostyumlu teatr” …” başlayan bir cümlə bu məqalədə olmayacaq, gənclər). “Cosplay nədir?” kimi sualların cavabını Vikipedia tamamilə pulsuz sizə başa salır. Eləcə də, Google`dan öyrənə biləcəyiniz mövzuları deyil, şəxsi təcrübə və fikirlərimi sizinlə paylaşmaq məncə, daha faydalı olar. Qısaca, cosplay və tarixi haqqında girişdən sonra faydalı məlumatları paylaşmağa çalışacam. “Oxot”u olmayanlar tarixi oxumadan keçsin…

Qısaca mövzu başlıqları:

  1. Cosplay`in tarixi
  2. Cosplay tədbirləri (F.A.Q.)
  3. Azərbaycanda Cosplayer`ların 10 mənfi tərəfi!
  4. Yeni cosplayer`lara məsləhətlər
  5. AzeCON

Cosplay`in tarixi:

Hər nə qədər Cosplay müasir Yaponiya mədəniyyətinin bir parçası olaraq qəbul olunsa da, hər şeyin başladığı yer Şimali Amerika idi. 1939-cu ildə Nyu-Yorkda ilk dəfə keçirilən WorldCon`a (World Science Fiction Convention) qatılan iki gənc, Forrest J.Ackerman və onun dostu Myrtle R.Jones “Street Fighter” kostyumu geyinmişdilər. (Dünyanın ilk cosplayerinə təşəkkür edirik!) Daha sonra bu, digər tədbirlərdə adət halını almağa başladı. 1983-cü ildəki WorldCona qatılan Nobuyuki Takahaşi (ləqəbi NoV) özünü nağıl, oyun, komiks və s. qəhrəmanları arasında tapır və bu onun o qədər xoşuna gəlir ki, Yaponiyaya qayıdar-qayıtmaz bu barədə məqalə yazır. Bəli, təmbəllik etmədim həmin məqaləni sizin üçün tapdım!

NoV`un yazdığı məqalə:
cosplay

cosplay

“Cosplay” terminini də ilk dəfə o işlədir (o vaxta qədər “costuming” termini istifadə olunurdu).

Beləliklə, anime tarixində olduğu kimi startı verən Amerikanın əlindən bayrağı Yaponiya alır! Bu bayrağı da artıq heç kimin geri alacağını düşünmürəm. Tarixindən bu qədər bilsəniz bəsdir.

Forest J.Ackerman (1939)
Forest J.Ackerman (1939)
Nobuyoki Takahaşi
Nobuyoki Takaha

Cosplay tədbirləri (F.A.Q.)

1. Convention – genişmiqyaslı tədbirlərə verilən ad. Əgər bir tədbirin sonunda “CON” qısaltması varsa, böyük ehtimal söhbətin içində cosplay var. Biz də xarici qardaşlarımızdan geri qalmadıq və Azərbaycan Anime Cəmiyyətinin (AAC) planlaşdırdığı ilk “Cosplay Convention”nın adını AzeCON qoyduq!

2. Dünyada ən məhşur Cosplay Conventionlar?

Katsucon 2017-dən görüntü:
Katsucon-2017

3. Cosplay`də neyləyirsizniz ki siz? – Adətən (!) vaxtınızın 50 %-i bütün personajlar və dostlarınızla şəkil çəkdirirsiz. Məncə, bu boşuna vaxt itirmək deyil. Çünki küçədə gəzən Naruto görmək şansınız milyonda birdir, hələ də Bakıda! Cosplay yarışları (bu haqqda daha ətraflı məlumat daha sonra olacaq). Tədbirdən asılı olaraq pulsuz bir şəkildə PS3,Wii, Just Dance, LOL, Dota kimi oyunlar oynaya bilərsiniz. Karaokelər, maid cafelər və s., bu siyahı uzana bilər.

4. Cosplay`ə kostyumsuz gəlmək olar? – TƏBİİ Kİ, OLAR! Tədbir hər yerdə hamıya açıq olur.

5. Cosplay`də ancaq anime personajları olur? – TƏBİİ Kİ YOX! Sevdiyin hər personaj! Kitab, film, anime, manqa, çizgifilm, marvel… və hətta öz dizayn etdiyin personaj. Bu personajları yaradıcılığını istifadə edərək başqa personajlar və janrlarla (məsələn: Steampunk) qarışdıra bilərsən. Məqsəd ürəyincə olsun və ƏYLƏN!

6. Cosplay yarışlarında əsas kriteriyalar nədir? Juri nələrə önəm verir?
a) Kostyum – detallar, kostyumun hazırlanmasında sənin nə qədər rolun olub, makiyaj və s.
b) Personajdan bir səhnəMÜTLƏQDİR! Çünkü cosplay sadəcə kostyum geyinmək sənəti deyil. O personajı yaşatmalısan! Mimikalar, hərəkətlər. Personajın agressivdirsə, doğramağı sevirsə və sən səhnədə gülümsəyərək “Konniçiwa, minna” deyirsənsə mən sənə “yox” deyirəm! Əlinə bıçaq alıb tamaşaçıların üstünə getməkdən çəkinmə!
Azərbaycanda cosplayer`lərin 8 mənfi tərəfi!

AzeCON təşkilatçı(sı)larından və AAC-da 5 il fəaliyyət göstərənlərdən biri kimi azərbaycanlı animesevərlərin bəzi mənfi xüsusiyyətlərini burada tənqid edəcəm, necə deyərlər, “açacam sandığı tökəcəm pambığı”…

1. Utancaqlıq! – Utanmağı xahiş edirəm, lazımlı yerdə icra edin. Cosplay`ə, anime görüşlərinə gəlmək istəyib çəkinmək – toyda plov (aş) yeməkdən utanmaq kimi bir şeydir. Əminəm ki, bizim animesevərlər cosplay`ə acdırlar. Stressli valideynlərə də burdan müraciət edirəm, görüşə gəlmək istəyənlər AAC səhifəsinə e-mail atsın CV-mi göndərim…

2. “Ala mən kişiyəm, ayıbdı! Dost-tanışa biyabr olaram!” – Cosplay üçün səni ələ salacaq dost-tanış varsa inan mənə anime (cizgi filmi) izlədiyin üçün çoxdan onların gözündə “biyabr” olmusan. İnternet klubda Dota, PES oynamaq üçün ananla necə “dirəşirsənsə” cosplay üçün də dirəşməlisən. Tədbirdə səndən başqa “biyabr olanlar” da olacaq. Dünyada milyonlarca insan məhz cosplay`ə görə, dost-tanışa “biyabr” olur amma sənin ürəyində qalır, onlar müxtəlif sosial şəbəkələrdə sevincini paylaşır: “So… Come on, kişi! Keep calm and cosplay!”.

3. “Mən, cosplay eləsəm gərək EPİC olsun”. – Ən çox eşitdiyim bəhanələrdən biri! Adam həyatında cosplay etməyib, parik necə taxılır bilmir, gördüyü maksimum cosplay Milli Parkdakı Şaxta Babadır və istəyir ilk dəfədən “EPİC!” olsun. Bu, “Məktəbə getməyəcəm, gərək doğulanda əlimdə Tolstoyun kitabı olardı”, – cümləsi ilə eyni şeydir. Ən məhşur cosplayer`lərin ilk və son cosplay`i arasındakı fərqlərə baxın! Əsas məqsədi unutmayın – ƏYLƏNMƏK! P.S. Bu bəhanəyə sahib insanlara bir sirr açacam: Çox gözləyəcəksən! Bir də baxacaqsan ki, 70 yaşın olub. Kostyum nədir?! “Şəpşəpini” zorla geyirsən…

4. “Epic fail! Fu, iyrənc! Oğlandı? Qızdı? “Trap!” Alınmayıb! Kökdü!” – Belə ifadələri istifadə edirsənsə cosplaydən başın çıxmır. Çox yaxında televiziya kanallarında camaatın ailə problemlərinə baş sındıran “dayı və nənələrə” qoşulmaq ehtimalın var. Cosplay1in məqsədi özünü sevdiyin personaj kimi hiss etmək və əylənməkdir! Uzun, qısa, kök, arıq, ağ ya da qara dərili, marslı ya da amfibia adam olmaq, fərq eləmir! Məqsədimiz ortaq maraqları olan insanları birləşdirmək, böyümək, inkişaf etmək, yeni dostluqlar qurmaq, yeni-yeni mədəniyyətlər tanıtmaqdır. İrqçilik və ayrıseçkilik yox.

5. “Mənə o personaj yaraşmır!” – kateqoriyasına aid qərarsız və “mız-mız” animesevərlər. Onlara daima türkiyəlilər demişkən “Qaz vermək!” lazımdır. Düzdür, cosplaydə sənə oxşayan personaj seçimi önəmlidir. Unutduğunuz bir şey var. Bu, bu işdən pul qazanan professionallara daha çox aiddir. O, personajı canlandırmaq arzundursa ürəyində qalmasın, yersiz tənqidçilər həmişə olacaq. “Haters gonna hate!” (red. nifrət edənlər nifrət ediləcək). Sonra peşman olub mənə gəlib ağlamayın çünkü sizə cavab olaraq bu məqalənin linkini atacam.

6. “Necə edəcəme?” – Bu qrupa məxsus insalar isə, acından qırılıb, çörək çeynəməyə belə həvəsi olmayanlardır. Google deyə bir möcüzə var. Olsun, tənbəlsən məqaləni oxu. Lap təmbəlsən, soruş sənə məqalədən kopyalayıb yapışdırım. Təki ağlama mən bilmirəm deyə. Şərait də var, uşaq da var, əsas odur sizdə həvəs olsun!

7. “Crafting?! BACARMARAM!” – Bacararsan! Amerikada hamburger yeyən gənc, azərbaycanlı anaların əlində hazırlanan dolmadan yeyəndən üstün ola bilməze! Onun səndən bir fərqi var! Özünə inam! Öz üzərində işləyir və zamanla öyrənir. İnternetdə od bahasına satılan bir çox aksesuarı özü ucuza düzəldir. Buna sənət deyilir. Ölkələr incəsənətlə inkişaf edir. P.S. Crafting? – Google`dan soruş!

8. “Dərzi nə oldu? Kondisioner olmalıdı! Tədbirin tarixi? Harada olacaq?” – Gənclər, başa düşürəm, AzeCON üçün səbirsizsiz. Amma sual soruşmadan öncə tədbir səhifəsinin üst hissəsindəki məlumatı oxuyun. O dastan sizin üçün yazılıb. Dərzi məsələsinə gəldikdə isə, dünyanın heç bir Cosplay Convention`ında təşkilatçılar cosplayer`lərə dərzi axtarmır. Biraz təşkilatçılara qarşı anlayışlı olun və GEDİN AZECON`a HAZIRLAŞIN!

P.S. Gənclər! Sizə sərt danışmış kimi gələ bilərəm amma tənqidim sizə yox bəhanələrinizədir! Ölmədən qabaq cosplay etmək, dostlarınızla əylənmək, xoş xatirə olsun istəyirsinizsə özünüzə güvənin! Azərbaycan atalar sözü nə deyir?! “Palaza bürün, el ilə sürün!”

Yeni cosplayer`lərə məsləhətlər

1. Hazırlığa start! – Personajın çətinliyinə görə bu vaxt dəyişir amma internetden sifariş etsəniz isə, ən az 1 ay qala sifariş verilməlidir. Poçt vasitəsi ilə çatdırılma gecikə bilər. Bir həftə ərzində sürətli çatdırılma isə, sizə biraz baha başa gələ bilər.

2. Kostyum və parik alış-verişi – Şəxsən məsləhət gördüyüm ucuz saytlar: Ebay və daha məsləhətli http://aliexpress.com

Aliexpress`də məsləhətli satıcılar:
Kostyum – http://www.aliexpress.com/store/615215
Parik – http://www.aliexpress.com/store/914193
Qarışıq – http://www.aliexpress.com/store/314057

Çox keyfiyyətli olsun, pul problem deyil deyənlərə:
http://www.cosplaybuzz.com, http://www.cosplayhouse.com/

3. Linzalar – “Circle lens” linzaları cosplay üçün idealdır. Sadəcə rəng deyil, həm də böyük göstərir. Ucuz? Onda http://uniqso.com, pul problem deyilsə – pinkyparadise, honeycolor kimi saytlar. Dostlarınızla birlikdə qrup şəklində alsanız daha ucuza başa gələ bilər.

4. Personajınızı yaxşı bilin – Personajın mimika, vərdiş, hərəkət, xarakterini bilmədən cosplay yarımçıqdır. Bol-bol video izləyin!

5. Yaradıcı səhnə – Animedən bir səhnəni canladıra bilərsiniz. Həmin personajla əlaqəsi olan bir səhnə də qura bilərsiniz. Tamamilə sizə bağlıdır. Amma yandere bir personaj cosplayi ilə “gangnam style” oynamayın.

AzeCON
Azərbaycanda daha öncə də cosplay tədbirləri keçirilmişdi. AAC olaraq isə, ilk dəfə “convention” formatında bir tədbirə imza atmaq istədik. Çünkü bundan öncəkilər daha çox “party” formatında idi.

Bildiyiniz kimi, AzeCON iyul ayının 20-i (2014) ilk bu tipli tədbirini keçirib və hər il yeni daha gözəl AzeCON-lar təşkil olunur.

Bizi izləyin!

Əlavə məlumat üçün:

AzeCON tədbir səhifəsi, qrupu.

Ülkər Şamxalova © yapon.az 2014
yenidən bərpa olunub 2018