Cosplay

AzeCon`a az qalıb!

Növbəti AzeCon aprelin 15-i 2018-ci il tarixində Holiday İnn otelində baş tutacaqdır (budan sonra ildə bir dəfə məhz həmin gün). AzeCon`nun 2018-ci il üçün mövzusu kosmosdur. Tədbir mövzüsuna baxmayaraq, hər kəs istədiyi kospleyi edə bilər.

“Cosplay” (yapon dilində コスプレ ⌈kosupure⌉) “costume” və “play” (ing.) kəlimələrinin birləşdirilməsi ilə yaranıb və hər hansı bir personajı canlandırmaqdan ibarət hobbidir.

İlk dəfə Azərbaycanda bu tədbiri AAC (Azərbaycan Anime Cəmiyyəti) təşkil etmişdir. Məqsəd anime, manqa/komiks və müasir Yaponiya mədəniyyətinin bütün tərəfdarlarını bir yerə toplamaqdır. Beləliklə, AzeCon yaşından asılı olmayaraq, ümumi maraqları olan insanları bir araya gətirir.

Biletləri ASAN xidmət və İticket kassalarından əldə edə bilərsiniz.

Qiyməti:  10 AZN


“Cosplay” müsabiqəsində iştirak etmək istəyən hər bir iştirakçıdan əvvəlcədən qeydiyyatdan keçmək xahiş olunur. AzeCon yarışına qeydiyyat aprelin 9-na kimi davam edir!

Qeydiyyat üçün müraciət edin!

Nominasiyalar:

  1. Cosplay komanda yarışması: Komanda üzv sayısında məhdudiyyət yoxdur ancaq hədiyyələr 6 nəfərlik nəzərdə tutulduğunu unutmayaq. Səhnəyə çıxmazdan qabaq juri üçün şəkil çəkdirməyi unutmayın. Səhnəciyiniz ən az 30 saniyə olmalıdır.
  2. Solo cosplay yarışması: Səhnəyə çıxmazdan qabaq şəkil çəkdirməyi unutmayın. Səhnəcik şərt deyil. Səhnədə durma zaman məhdudiyyəti yoxdur. Sadəcə kostyumunu nümayiş etdirə bilərsiniz. Ancaq səhnəciyi olanların qazanma şansı yüksəkdir.

Şərtlər:

– İştirakçılar fərdi və ya qrupla iştirak edə bilər;
– İştirakçılar kostyum və səhnəciklə çıxış etməlidir.
– Bütün iştirakçıarın geyimi və davranışı çılpaqlıq, şiddət, seksual xarakter daşımamalı və heç bir spirtli içki və ya narkotik vasitələrə istinad etməməlidir;
– Bütün səhnəciklərin məzmunu e-maillə təşkilat komitəsinə göndərilməlidir. Yalnız nəzarətdən keçmiş səhnəciklərin qurulmasına icazə olacaqdır.
– Səhnədə toz, maye, qida və bu kimi məhsul püskürən silahara icazə yoxdur. Səhnəyə gətirilən hər silah və ya alət səhnə bitdikdən sonra geri aparılmalıdır.
– İştirakçılar vaxtında sıraya düzülməlidir. 15 dəqiqədən çox gecikən iştirakçılar müsabiqədən kənarlaşdırılacaqdır. Fövqəladə hal baş verərsə, təşkilat komitəsi (qırmızı bəcli şəxslər) əlaqə saxlayın.
– Səhnəciklərinizdə ardıcıl musiqi/səs varsa bunlar eyni zammanda olmalıdır və başlama-bitiş vaxtını, fasilələri əvvəlcədən siz bütöv faylda yığmalısınız. AzeCon heyəti musiqilərin zamanlamasını öhdəsinə almayacaq.

yaponaz judy coxplay (1)

Anime “Magi”, obraz Judal

Əlavə məlumat üçün:

Tədbirin “event” qrupu.

Təşkilatçı: AAC

“Cosplay” haqqında geniş yazı.

 

Şəkillər şəxslərin arxivindəndir.
Gülər Nursu (“event”) © yapon.az 2018

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma