Keqadoru – “yaralı idol”

Tokionun Haracuku adlanan hissəsində siz qeyri-adi, qəribə və maraqlı geyim tərzləri ilə qarşılaşa bilərsiniz. Haracuku anime ve J-rock (“J” “Yaponiya” sözünün ingiliscəsinin ilk hərfi) qruplarını kospley edənlərdən tutmuş, qotik, pank və eləcə də fərdi, maraqlı üslubda geyinən gənclərin doğma yeri hesab olunur. Son illər Haracukuda ilk baxışda sanki zədələnmiş gənc qızların sayı çoxalıb. Onlar başlarını sarğı materialı ilə sarıyır, bir gözlərini plastrla örtürlər. Bu o demək deyil ki, onlar qəzada və ya döyüşdə yaralanıblar. Sadəcə olaraq bu, nisbətən açıq-saçıq geyinən Haracuku xanımlarının yeni dəbidir. Bu cür tərz “kegadoru”/keqadoru (“yaralı idol-injured idol”) adlanır.

gurololita

“İnsanların çoxu sarğıların bizə çox yaraşdığını və ya onların necə də gözəl olduğunu deyirlər. Sarğılar və göz plastrları fərqli dəblə geyinən qızların əvəzolunmaz elementinə çevrilib” – kegadoru üslublu xanımlardan biri belə qeyd edir.

Diqqətinizə çatdıraq ki, sarğıların və yalançı yaraların təkcə kişilərin qəlbinə yol olduğunu düşünməyiniz bir səhv olardı. Qızlardan biri bunu belə izah edir: “Sən bədəninin hər hansı bir hissəsini sarıyanda hamı sənə diqqət yetirir və sənə görə narahat olurlar. Bu həm də, oğlanlarla ünsiyyət qurmaq üçün bir yoldur, belə ki, onlar səndən yaralanıb-yaralanmadığını soruşurlar. Bu cəhətdən sarğılar çox, çox yaxşıdır”.

Əlbəttə ki, sarğıların rəngi də dəbdə mühüm əhəmiyyət kəsb edir. Ağ rəngli sarğılar təmizlik, paklıq rəmzi olduğu halda, qara rəngli sarğılar sahibinin pis yolun yolçusu olduğuna işarə edir. Keqadoru təkcə küçə dəbi deyil. Keqadoru üslubunu anime və filmlərdə, dəb fotosessiyalarında da görmək mümkündür.

Səkinəxanım Əliyeva © yapon.az 2014
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma