“Studio Ghibli” animasiya filmi şirkəti və Aiçi prefekturiya hökuməti 2022-ci ildə Naqakutedə Ghibli mövzu parkının açılması məqsədi ilə maliyyə dəstəyi etmək barəsində razılığa gəliblər.

Parkın tərtib edilən əsas planına əsasən, əsas giriş məntəqəsindəki lift binası Ghibli studiyasının məşhur “Haulun gəzən qəsri” (ハウルの動く城 ⌈Hauru no uqoku şiro⌉) adlı animesinin dünyasını reallığa gətirmək üçün qurulacaq. “Yaxından dinləsən/ Qəlbin pıçıltısı” (耳をすませば ⌈Mimi o sumaseba⌉) animesindəki Çikyuya əntiq əşyalar mağazası da yaxınlığında yaradılacaq.

ghibli studio (3)

Prefektural hökumət keçən ilin iyun ayında Expo 2005 Aiçi xatirə parkında Ghibli mövzu parkının qurulması planını açıqlamışdı. 200 hektar əraziyə sahib park, 2005-ci ildə dünya ekspozisiyasının keçirildiyi yerdir və Satsuki ilə Meyi`in evinə ev sahibliyi edir. Bu, məşhur “Mənim qonşum Totoro” animesindəki evin maketidir. 2017-ci ildə buranı təxminən 107 min nəfər ziyarət etmişdir.

ghibli studio (4)

Prefekturiya hökuməti layihəni həyata keçirməklə, həmçinin, “Studio Ghibli” filmlərinin dünyaya tanıdılmasına nail olmaq istəyir.

ghibli studio (2)

Rəsmlər © Studio Ghibli`yə aiddir
Sevinc N. © yapon.az 2018