Yaponiyada Qızıl həftə başlayır

ゴールデンウィーク ⌈qorudenuiku⌋ ingiliscədəki “golden week” sözündəndir. Qızıl həftə adlanmasına baxmayaraq, tətil günləri 7 deyil, düz 10 gün çəkir. Bir-birinin ardınca təsadüf edən bayramlar və Yaponiyadakı “xoşbəxt bazar günü” (bu sistemdə bayram günləri ilə üst-üstə düşən şənbə və bazar günləri bazar ertəsini də tətil edir) sistemi buna səbəb olur.  Qızıl həftə ərzində iş yerləri, bağça və universitet, məktəblər işləmir. Yazın gəlişilə işləməkdən yorulan insanlar gəzməyə, tələbələr ailələrini ziyarət etməyə gedir, bir çox insan isə sadəcə televizor önündə istirahətə üstünlük verir. Gənclərin əksəriyyəti film izləmək və ya oyunları seyr etmək üçün dostları ilə görüşməyi və alış-veriş etməyi düşünür.
Bayramların ardıcıllığı aşağıdakı kimidir:
Aprelin 29-u Şova no Hi qeyd edilir. Şova İmperatorunun (1901-1989) doğum günü və onu xatırlamaq üçün bir bayramdır.
3 may Konstitusiya günüdür, 4 may Yaşıl gün, 5 may Uşaq bayramıdır.
 Bütün istirahətləriniz xoş keçsin!
Sevinc Nur © yapon.az 2018