Polis çərşənbə günü Tokioda evli bir cütlüyü ananın 5 yaşındakı qızına yemək vermeyərək və ya tibbi baxımdan təmin etməyərək bilərəkdən qətlə yetirməkdən şübhələndiyi üçün həbs edib.

34776549_582403405471971_6834122927416279040_n

Yuanın ailəsi Şikoku bölgəsindən Tokio şəhərinə bir neçə ay öncə köçmüşdü. Hələ yanvar ayında Yudai Funato (33 yaş) və həyat yoldaşı Yuri (25 yaş) övladlarını təmin etməmə və döymə hallarına görə polis tərəfindən saxlanılmış, lakin faktların yetərsiz olması səbəbindən sərbəst buraxılmışdı.

Uşağın ögey atası fevral ayında ona qarşı şiddət törətmək səbəbilə yenidən həbs edildi. Tokionun rəsmi qurumlarının uşaq ilə görüşmə tələbi anası tərəfindən dəfələrlə rədd edildi.

Yua öləndə cəmi 12 kiloqram idi. Bu isə yaşıdları ilə müqayisədə 8 kiloqram azdır. 5 yaşlı normal uşağın çəkisi 20 kiloqram olmalıdır.

Uşağı aclığa tərk edən ailə, bunu qəsdən edib və uşağın döyülməsi aşkar olunmasın deyə onu ölümə tərk etmişdilər.

Uşağın qəlbi döyünməyəndə Yudai Funato polisə zəng edərək: “Uşağımın qəlbi döyünmür. O, neçə gündür yemək yemir və tez-tez qusur. Kömək edin” -demişdi. Lakin Funato uşağın gündəliyə sahib olduğunu və ata-anasına yalvarmaq üçün məktub yazdığını unutmuşdu. Balacanın gündəliyində bunlar yazılır: “Yalvarıram, məni bağışlayın. Mən bir daha oyun oynamayacam. Əlimdən gələni edəcəyəm”.

Polisə verdikləri məlumata əsasən, soyuq qış günlərində uşağı eyvanda yatmağa məcbur etdiklərindən onun ayaq baş barmağı don vurduğu üçün hərəkət etmirdi. Hələ bu az deyilmiş kimi, uşağa kökəldiyini deyib hər səhər saat 4:00-da özünü ölçməyi tələb edirdilər. Uşağın ögey atası qızına kök olduğu üçün yemək vermək niyyətində olmadığını deyib, gün ərzində yalnız bir dəfə sup içməsinə icazə verirdi.

Anası istintaq zamanı ifadəsində ərindən qorxduğu üçün heç nə edə bilmədiyini desə də, polisdə olan faktlara əsasən, uşağı dəfələrlə döydüyünü sübut edən video görüntülər hakimə təqdim edilib. Hakimin qərarına əsasən, uşağın həm atası, həm də anası cinayət səbəbi ilə həbs olunublar.

Geriyə isə balacanın “Ata, ana, məni bağışlayın” deyən məktubu qalıb.

34670860_582389868806658_4127795662622294016_n 34782272_582403475471964_752051938920497152_n

Gülşən Cabbarlı © yapon.az 2018