Zəncəfil (yap. ジンジャー [cinca:] rus. imbir, ing. ginger) turşusu Yaponiyada ən çox yayılan və sevilən turşu növüdür. Hazır bento alanda yağda qızarmış suxarılı, soya souslu toyuğun yanında mütləq onu görə bilərsiniz.
Bentoların bəzəyi ジンジャー turşusunun bəzən orijinal dadı saxlanılır (o zaman adamın gözündən yaş gəlir 🙁 ), bəzilərində isə, fərqli tam olur. Əsasən, aşağıdakı rəng və formalarda olur.
Ən əsas məsələ! Yaponiya mətbəxi deyəndə ağıla gələn məhz suşidir. Suşinin yanında təqdim edilən əvəzolunmaz hissələrindən biri də elə zəncəfildir, turşu zəncəfil və ya suşi zəncəfil. Yaponiyada buna qari (ガリ) və ya şin-şoqa no amazu-zuke (新生姜の甘酢漬け – şirin sirkəyə salınan tər zəncəfil) deyilir.
Beləliklə adətən suşi marinə edilmiş zəncəfillə verilir. Niyə suşini zəncəfillə birgə yeyirlər? Çünki zəncəfilin qoxusu (ədviyyatı) və şirin sirkə dadı müxtəlif növ suşi yeməyinin tamını “damağımızdan təmizləyir”, eyni zamanda müxtəlif növ balıqdan hazırlanmış suşilərin dadını anlamağa və fərqləndirməyə imkan verir.
Zəncəfil turşusunu evdə hazırlamaq istəyirsinizsə onda bu resept sizin üçün faydalı olacaqdır! Suşi üçün zəncəfil turşusunun hazırlanması zamanı yalnız təzə-tər zəncəfildən istifadə olunur. O, incə doğranır və şəkərli düyü sirkəsində saxlanılır.
[…] Zəncəfilin Yaponiya mətbəxindəki yeri haqqında daha öncə yazmışam. Bu dəfə isə sizinlə zəncəfilin marinə edilməsi üsulunu bölüşmək istəyirəm. Deyim ki, bu üsulla zəncəfilin hazırlanması zamanı çəhrayı hissəsi olan təzə-tər zəncəfili seçmək lazımdır. Belə zəncəfilin qabığı adətən yeməklərin bişirilməsi zamanı istifadə olunan adi (tər olmayan) zəncəfilin qabığı kimi qalın olmur və o, asanlıqla təmizlənir. Qoxusu incə olduğundan turşunu daha ləzzətli edir. Digər vacib fakt isə təzə zəncəfilin çəhrayı sonluqlarının olmasıdır ki, bu turşuya təbii çəhrayı rəng verir. […]