Yaponiyanın paytaxtı Tokiodakı Morioka Şoten (Morioka Şoten (kitab mağazası) Ginza Filialı) adlı kitab evi tam fərqli bir məqsədə sahibdir: dükanda ilk dəfə burada yalnız tək kitab satılır.

Tokionun məşhur ticarət bölgəsi sayılan Ginzada ötən ilin mayın 5-də açılan kitab evi çox fərqli fəlsəfəyə görə düşünülüb. Burada müştərilərə yalnız “tək” kitab təqdim edilir. Belə ki, Hər həftə müəyyən bir kitab təyin olunur və yalnız o kitab satılır.

1383
Mənbə: metro.co.uk

Dükanın sahibi Yoşiyuki Morioka burada məhz niyə tək kitab satdığını belə açıqlayır: “10 il ərzində başqa bir kitab evi işlətdim və ildə bir neçə dəfə kitab təqdimatı təşkil edirdim. Belə tədbirlərdə çox sayda insan dükanımı ziyarət etdi və bunu yalnız tək bir kitab üçün etdilər. Yaşadığım bu təcrübələrdən bir müddət sonra yalnız bir kitab ilə də kitapçılığın emümkünlüyünə inanmağa başladım”.

morioka-shoten-05
Yoşiyuki Morioka. Mənbə: metro.co.uk

Morioka dükanı açdığı gündən bu günə qədər 2100-dən çox kitab satıb. Bu günə qədər satdığı kitablar arasında isə, finlandiyalı yazar Tove Jansson’dan “The True deceiver”, Hans Christian Andersen’in “Nağıllar”, MİME Ogawa’dan “Moon Night and Glasses “kimi əsərlər var.

Qeyd edim ki, Morioka Şoten mağazasının ilk şöbəsi Kayabaçoda 10 il əvvəl açılıb. Daha çox yeni çıxan kitablar, sərgilər və s. haqqında bilgiləndirmə məqsədi daşıyr, oxucularla yazarlar arasında fikir mübadiləsinə yardım edirdi.

35_Morioka_07_650.png
Logo, şüar, adress. Mənbə: takram.com
Ramin Məmmədli © yapon.az 2016