Sapporoya da nəhayət ki, Günəş gülümsəməyə başlayıb. Yaz gələndə həmişə böyüklərimiz deyərdi ki, yazda göy-göyərti yemək lazımdır. Lazım olmasına lazımdır, di gəl gör Yaponiyada öyrəşdiyimiz göyərtiləri tapmaq olurmu?!

Salat, yeməklərimizi bəzəyən bildiyimiz göyərtilərdən nanə (burda “pepper mint” olacaq ki, acı nanəli saqqız dadını verir), dağ keşnişi, şüyüd, keşniş, cəfəri (bizim bildiyimiz) Yaponiyada satılır. Kiçik bağlamada və bağlamanın içində 5 ədəd kəsilmiş salxımlı yarpaq şəklində. Adətən də təqribən 213 ¥-dən başlayan qiymətlərlə. Yəni, baha da ola bilər, ucuz da.

Adi keşniş yetişdirildiyi dibçəkdə də satışda var. Yaşıl sarımsaq, yaşıl soğan, kahının növləri, ispanağın növləri və də bilmədiyimiz bir sıra başqa göyərtilərdən satışda görəcəksiniz.

Cəfəri isə başqa formada da var. Qoxusu, dadı eynilə bizim cəfəridə olduğu kimidir və ən əsası normal bağlamadadır. Həcm baxımından :D. Adı パセリ-dir (paseri). Qiyməti isə 138 ¥-dən başlayır. Aşağıdakı paseridir. Yəni, Yaponiyaya gəlsəniz və onu görsəniz bilin ki, lazımlı ola bilər.

DSC_0397

Sevinc Nur © yapon.az 2016