Mərkəzi Yaponiyada qəribə hadisə baş verib. Polis, sağlamlıq orqanlarının evdə qalmağa dair tələbinə qarşı çıxıb restorana gedən, koronavirusa yoluxmuş bir şəxsi (kişi) sorğu-suala cəlb edib.

Hadisə Aiçi prefekturasında baş verib. Rəsmilərə görə, martın 4-də şəxsin virusa yoluxduğu təsdiqlənib, lakin o, eyni gün restorana gedib. Restoran işçiləri isə səhiyyə işçilərinə xəbərdarlıq etməyə məcbur olublar, çünki şəxs özü onlara koronavirusa yoluxduğunu söyləyib.

Mənbələr deyirlər ki, şəxs retorana getməzdən əvvəl ailəsinə, virusu digər insanlara keçirəcəyini deyib.

Hadisədən sonra restoran bağlanıb.

Cümə axşamı restoranın işçilərindən birinin də yoluxduğu təsdiqlənib. Lakin virusun kişidən alınıb-alınmadığı bilinmir.

Restoranın sahib hadisəni şərh edərkən bildirib ki, insan əməllərinə görə cavabdeh olmalıdır.

S. N. © yapon.az 2020