Yaponlar bu yumurtaları çox sevir

Kanaqava prefekturasında yerləşən, bəzən də “Ölüm dərəsi” kimi tanınan Ovakudani (大涌谷) vulkanik dərəsi qara yumurtaları [yapon dilində “kuro tamaqo”] ilə məşhurdur. Əslində adi toyuq yumurtalarıdır, sadəcə buradakı kükürdlü qaynar sularda qaynadanda qara rəngə bürünür.

Bu qara yumurtaları yemək artıq bir ənənə halını alıb. Rəvayətə görə birini yediyiniz zaman ömrünüzə 7 il əlavə etmiş olursunuz. Altı ədədinin qiyməti 500 yendir.

Serkan Şentürk © yapon.az 2020