Festivallar (yap.祭り⌈matsuri⌋) Yaponiya mədəniyyətinin ayrılmaz bir hissəsidir. Yaponiyada, hər il ölkənin hər yerində təşkil olunan minlərlə festival var və bu festivallara çoxlu insan qatılır. Xüsusən də atəş festivalları inanılmaz dərəcədə möhtəşəm, təsirli və həyat doludur. Yaponiyaya getsəniz səfərinizi hər hansı bir festival dönəminə salın ki mütləq iştirak edəsiniz…

Qarşınızda Yaponiyanın ən məhşur atəş festivalları:

Nozava Atəş Festivalı. Mənbə: nozawa-onsen.com
Nozava Atəş Festivalı. Mənbə: nozawa-onsen.com

1. Nozava Atəş Festivalı

野沢温泉の道祖神祭り ⌈nozava onsen no dōsoşin matsuri⌋

Naqano əyalətində keçirilən Nozava Atəş Festivalı (və ya Nozava Onsen Dojo Tanrı Festivalı) Yaponiyanın 3 ən böyük atəş festivalından biridir. Festival hər il 13-15 yanvar tarixlərində Baba no Hara Nozava Onsen kəndində keçirilir və 3 gün boyunca davam edir. Festivalın ən həyəcanlı hadisəsi yanvarın 15-i (son gün) saat 7-dən 10-na kimi böyük məşəlin yandırılması və təbii ki, izdihamlı kütlənin bunu izləməsidir.

Festival gecəsi kişi kəndlilər arasındakı atəşli qarşıdurmalarla aydınlanır. Xüsusən də önəmli rolu yaşı 25-42 (şanssız yaşlar) arasında olanlar oynayır. Çox sayda kəndli məşəllər daşıyır və şaden adlı keçici bir məbədi yandırmağa çalışır, bu vaxt 25 yaşında olan gənclər məbədi qoruyur və 42 yaşındakı kişilər mahnı oxuyurlar. Dağıdıcı təbiətinə və çılğın mübarizəsinə baxmayaraq, bu festival bir ailənin ilk uşaqlarının doğulmasını qeyd etmək, şər ruhları qovmaq və xoşbəxt evliliklərin qurulması üçün keçirilir.

2. Natsuyama Haçimanqu Atəş Festivalı

Atəş festivalı. Natsuyama Haçimanqu məbədi, Okazaki, Aiçi prefekturası. 9 sentyabr 2016-cı il. Vikipediya - elektron ensiklopediya.
Atəş festivalı. Natsuyama Haçimanqu məbədi, Okazaki, Aiçi prefekturası. 9 sentyabr 2016-cı il. Vikipediya – elektron ensiklopediya.

夏山八幡宮火祭り ⌈natsuyama haçimanqū hi matsuri⌋

Bu festival hər il Ay yeni il təqviminin (ing. Lunar New Year Calendar) 9-cu ayına ən yaxın şənbə və ya bazar günü keçirilir. Bu atəş festivalında iştirakçılar nəhəng bir tonqal yandırır və dairəvi şəkildə ətrafında toplaşırlar. Şeytan rolunu ifa etmək üçün seçilən 5 nəfər bir anda maska taxıb uzun taxta dəyənəklər daşıyırlar. İblislər tonqal ətrafında toplanan insanları qovur və “dəyənəyə toxunsanız, bir il boyunca xəstə olacaqsınız” deyirlər. Bu festival oktyabrın ortalarında Natsuyama Haçimanqu məbədi, Okazaki, Aiçi prefekturasında keçirilir.

kitsunebi matsuri
Tülkü atəş festivalı. Mənbə: kanko-hida.jp

3. Tülkü Atəş Festivalı

狐火祭り ⌈kitsunebi matsuri⌋ və ya きつね火まつり ⌈kitsune hi matsuri⌋

Bu festival hər il sentyabr ayının dördüncü şənbə günü keçirilir. Bu, tülkü toyunun canlandırılması olan mistik bir festivaldır. Tülkü atəşi paradı təntənəli şəkildə əllərdə yanan məşəllərlə Furukava şəhərindən keçir, Okuri İnari məbədində bitir.

Tülkü gəlin mərasimə yolda qatılır və toy mərasiminin keçiriləcəyi yerə gedilir. Tülkü atəşi festivalına şahid olanlara “beş dənə verimli qida, ev güvənliyi, iş rifahı” kimi diləklərin gərçəkləşəcəyi söylənilir. Festival Hida şəhəri, Gifu prefekturasında keçirilir.

4. Naçi Atəş Festivalı

那智の火祭り ⌈naçi no hi matsuri⌋

Naçi no hi matsuri, Hokkaido, Biey. Mənbə: dydo-matsuri.com
Naçi no hi matsuri, Hokkaido, Biey. Mənbə: dydo-matsuri.com

Yaponiyadakı ən böyük atəş festivallarından biri və Şinto ənənəsinin bir parçası olan bu festival, Yaponiyanın Kioto şəhərində yerləşən Kumanoda keçirilir. Naçi no Oqi kimi tanınan festival yaxınlıqdakı Naçi şəlaləsi ilə əlaqəli canlıları şərəfləndirmək məqsədi daşıyır, bir növ təmizlənmə ritualıdır.

İnanclara görə, bu ərazidəki nəhəng Kumano Naçi Taişa məbədi, şəlalənin içindən çıxan 12 müqəddəs tanrı üçün sığınacaq olan kiçik daşınan məbəd yerləşdirir. Bundan əlavə, Mikoşi adı verilən bu 12 kiçik məbədin ilin 12 ayını təmsil etdiyi söylənilir.

Təqribən 50 kq-lıq məşəllərlə böyük fənər alayı məbədə çatana kimi rəqs edirlər. Festival iyulun 14-də Kumano Naçi Taisha Məbədi, Vakayama prefekturasında keçirilir.

5. İkoma Taişa Atəş Festivalı

往馬大社例大際

İkoma Taişa Atəş Festivalı. Mənbə: ikomataisha.com
İkoma Taişa Atəş Festivalı. Mənbə: ikomataisha.com

Bu festival hər il oktyabr ayında, idman günündən əvvəlki həftəsonu keçirilir. Nara məbədlərində keçirilən və çox da bilinməyən bir fesyivaldır. Bu festival, daşınan mikoşi məbədləri keçidi, ənənəvi Kaqura (müqəddəs musiqi və rəqs), bir atəş ayini və daha çoxu ilə xarakterizə edilir. Ən çox diqqəti çəkən şey isə insanların yanan məşəlləri daş pilləkənlərdən aşağıya daşıması və ən sürətli olmaq üçün rəqabət etməsidir.

Belə, mina-san, 😉 ardı oxuyucuların istəyinə uyğun olaraq davam etdiriləcək.

Oxuyarkən zövq almağınız ümidilə görüşərik 🙂

Xəyalə Əlizadə © yapon.az 2019