Yaponiyada iş axtara biləcəyiniz platformalar!
Yaponiyada iş axtarışı prosesində istifadə edə biləcəyiniz bir çox internet saytları var. Bu vebsaytlarda müxtəlif sənaye sahələrində iş elanları var və çox vaxt ingilis dilində də mövcuddur. Yaponiyada iş axtara biləcəyiniz bəzi məşhur vebsaytları sizlər üçün tərtib etdik.

1. GaijinPot Jobs: Yapon dilini bilməyən əcnəbilər üçün məşhur iş axtarış saytı. Sayt iş axtaranlara Yapon şirkətləri, dil məktəbləri, təlimçilər və digər işəgötürənlər haqqında məlumat əldə etməyə və iş üçün müraciət etməyə kömək edir. Bundan əlavə, saytda Yaponiyada yaşamaq istəyən insanlar üçün yaşayış, səyahət, yapon mədəniyyəti və həyat tərzi haqqında da məlumat verilir.
https://jobs.gaijinpot.com/index/index/lang/en

2. CareerCross: Yapon dili olan və ya olmayan əcnəbilərin iş tapa biləcəyi sayt.
https://www.careercross.com/en

3. Daijob: Xaricilər üçün iş imkanları təmin edən iş axtarma saytı.
https://www.daijob.com/

4. Indeed Japan: Yaponiyada, eləcə də dünyanın bir çox ölkələrində məşhur iş axtarma platforması.
https://www.indeed.com/

5. LinkedIn: Qlobal sosial şəbəkə olaraq Yaponiyada iş imkanlarını izləmək üçün istifadə edilə bilər.
https://jp.linkedin.com/

6. Jobs in Japan: Yaponiyada iş axtarmaq, işəgötürənlər, həmçinin iş elanları yerləşdirmək üçün vebsaytdır. Sayt xarici vətəndaşlar üçün Yaponiyada işləmək imkanları təklif edir. Yaponiyada bir çox sektorlarda, xüsusən də ingilis dilinin tədrisində iş imkanları var.
https://jobsinjapan.com/

7. Japan Times Jobs: Bu, ingilis dilli əcnəbilərin iş imkanları əldə edə biləcəyi bir saytdır.
https://jobs.japantimes.com/

8. JREC-IN Portal: Yaponiyada akademik tədqiqat aparmaq istəyən xarici tədqiqatçılar üçün yapon və ingilis dillərində mövcud olan vebsaytdır. Yaponiya Elm və Texnologiya Agentliyi (JST) tərəfindən idarə olunan bu portal tədqiqatçılara Yaponiyadakı universitetlərdə və ya tədqiqat müəssisələrində işləmək üçün uyğun vəzifələr axtarmağa imkan verir.
https://jrecin.jst.go.jp/seek/SeekTop?ln=1

Xəyalə Əlizadə ©yapon.az2023