Yaponiya cənubdan şimala uzanan ölkədir, burada yaz, yay, payız, qış fəsillərinin dördü də mövsümlərə xarakterik şəkildə bir-birini əvəzləyir. Yaponiyanın mərkəzi şəhəri Tokioda yazın gəlişini havaların isinməsilə ağac və səkilərdə açan rəngbərəng çiçəklər xəbər verir. Martda şaftalı ağacı, apreldə isə albalı ağacı çiçəkləyir. Albalı ağacları çiçəklədikdə Ueno, Şincuku parkı kimi yerlər gül seyrinə (ohanami) gələn insanlarla dolub-daşır. May ayında Kanda, Asakusa kimi məbədlərdə yüzlərlə insanın iştirak etdiyi böyük festivallar keçirilir.

Yaz bitdikdən sonra iyun ayında yağış mövsümü başlayır. Çoxlu yağış yağsa, rütubətli hava davam etsə də, bu, düyü istehsalı üçün böyük əhəmiyyət kəsb edir. Təxminən iyul ayının ortalarında yağış mövsümü bitir və havalar tamamilə qızır, qızmar, lakin şimal adasından başqa bütün Yaponiya üçün isti rütubətli (yaponların 蒸し暑い ⌈muşiatsui⌋ dediyi) günlər  davam edir. Ən yüksək hava tempraturunun 30 Cº-dən yuxarı olduğu vaxtlar da olur. İyul ayının sonu yaxınlaşdıqda məktəblərdə yay tətili başlayır. Böyüklər də, kiçiklər də dağa dənizə və s. gedir.

Şonan sahil parkı

Şonan sahil parkı (湘南海岸公園- Kanaqava prefekturasının Fucisava şəhərinin Kanase və Konuma rayonunun cənub hissəsində, Saqami körfəzinin sahilində yerləşən prefektural park) dənizkənarı parkında gənclər sörfinqlə məşğul olur.

Yayda Yaponiyada çoxlu atəşfəşanlıqlar (hanabi) keçirilir. Sumidaqavanın atəşfəşanlığı məşhurdur. Tez-tez məhəllə parklarında belə (təbii ki, hava qaralanda) gənclərin, ailələrin yığışaraq kiçik maqneziumlu çubuqlarla atəşfəşanlıq etdiyini görmək olar.

Payız gəlir, havalar sərinləşir, armud, xurma, naringi kimi dadlı meyvələr yetişir. Payız idman və mütaliə və s. üçün əlverişli fəsil hesab olunur. Məktəblərdə idman görüşləri və mədəni festivallar keçirilir. Tayfun mövsümü olan sentyabr, oktyabr aylarında çoxlu göy gurultulu, ildırımlı yağış yağır. Noyabr gəldikdə, yarpaqlar qırmızı və sarı rəngə bürünür, çox gözəl olur. İndi də insanlar parklara, Takao dağı kimi yerlərə, saralmış yarpaqların seyrinə gedir, şəkillər, rəsmlər çəkir.

Qış gəlir, hava soyuq olsa da Bakı kimi (hətta daha az) çox da qar yağmır (yalnız şimal adası istisna olmaqla), hava quruyur deyə yanğıntılar çoxalır. Dekabr ayında evlər təmizlənir və yeni il qarşılanır.

Zakir Aliyev © yapon.az 2017