Yaponların festivallarının məşhur oyunu Kingyo Sukui (金魚掬い) “Balıq tutma” oyunudur. Yaponca kingyo (qızıl balıq) balıq adı, “sukui” isə çömçə deməkdir. Bu oyunda kağızdan hazırlanmış çömçələrdən istifadə edilir.

Oynayan şəxslər kağız çömçə suda əriməmiş cəld şəkildə, eyni zamanda da balığa diqqət yetirərək hərəkət etməlidir. Əgər oyunçular balığı tuta bilsələr, onu evə də apara bilərlər.

Oyun 1810-cu ilin sonlarında, yəni Edo dövründə başlamışdır. O dövrlərdə “poi” yəni çömçə torla hazırlanırdı və bu, uşaqların oynadığı bir oyun idi. Daha sonra isə “poi” Taişou dövründə (1910-cu il) kağızdan hazırlanmağa başlandı.

Beləliklə də oyun getdikcə populyarlaşdı və 1995-ci ildə Milli Qızıl Balıq Tutma Çempionatı keçirildi. Oyun o qədər populyarlaşdı ki, Yaponiyada bir çox “ennichi” (縁日, “yay festivalları”) stendlərinin olmazsa olmazına çevrildi.

Xəyalə Əlizadə ©yapon.az2024