Sapporo. Sevinc N.Ə. (yapon.az)

Dekabrın 18-də Tokioda yanacaq elementləri ilə işləyən avtomobillər üçün ilk hidrogen satan yanacaqdoldurma məntəqəsi açılıb. Bu məntəqədə növbəti nəsil ekoloji təmiz nəqliyyat vasitələrinə aid olan avtomobillər üçün hidrogen yanacağı satılacaq.

Yaponiyada cari həftədə yanacaq elementləri ilə işləyən avtomobillərin satışına başlanıb. “Tokyo Gas” şirkətinin yaydığı məlumata görə, hidrogenin satış qiyməti yeni nəsil avtomobillərin alınmasına başlananadək təyin ediləcək. Şirkətdən bildiriblər ki, onlar hidrogenin qiymətinin adi benzinin qiymətinə bərabər olacağına ümid edirlər.

Mənbə: http://azertag.az/xeber/819600