Yaponiyada bu mahnı böyük səs-sədaya səbəb olub. “Mama” adlı bu mahnı məşhur musiqi yazarı, müğəni Mei Fumizuku tərəfindən yazılıb.

Bu mahnının hər kəs tərəfindən birmənalı qarşılanmamasının səbəbi isə, uşaqlara qarşı şiddətin əlyehinə olmasıdır. Mahnının sözləri anası tərəfindən şiddətə məruz qalan uşağın dilindən yazılıb.

Əksər insanlar hələ də “nəyə görə müğənni Mei Fumizuki (文月メイ) bu mahnını yazıb?!” -, deyə müzakirə aparsa da çoxları tərəfindən bu addım bəyənilib.

Mahnının sözləri Azərbaycan dilində:

Sən məni istəmirsən?

Məni çöp qutusunda atacaqsan?

Yaşamaqda çətinlik çəkirsən?

Sənə kömək edəcək heç kim yoxdu?

Üzr istəyirəm, ana.

Mən heç nə bilmirəm.

Mən heç nə edə bilmirəm.

Amma sən mənim yeganə anamsan.

Mən yaxşı olacam.

Niyə, ana? Niyə, ana?

Allah buna qərar verib?

Mənim yaşamayacağımı?

Mən mələk oldum.

Mən səni həmişə qoruyacam.

Çünki sən tək yaşaya bilməyəcək qədər zəifsən.

Üzr istəyirəm, ana.

Əgər böyük olsaydım sənə kömək edə bilərdim.

Amma sən mənim sahib olduğum yeganə anasan.

Səni bir dəfə görməsəm belə.

Niyə, ana? Niyə, ana?

Tanrı buna qərar verib?

Mənim yaşamayacağımı?

Üzr istəyirəm, ana.

Mən səninlə deyiləm.

Mənim bir daha sabahım olmayacaq.

Amma sən mənim sahib olduğum yeganə anasan.

Mən sənə heç vaxt nifrət etməyəcəm.

Niyə, ana? Niyə, ana?

Tanrı buna qərar verib?

Mənim yaşamayacağımı?

Niyə, ana? Niyə, ana?

Mən sənə qanadımın birini buraxıram.

Yapon dilində:

ぼくのことが邪魔なの?あのゴミ袋と一緒に捨てるの?生きることが辛いの?頼る人が誰もいないの?ごめんね、ママ。なにもわからなくて。なにもできなくて。でもぼくには、たった一人のママ。いい子にしてるから。
どうして、ねぇママ。どうして、ねぇママ。神様が決めたの?ぼくは生きちゃダメって。ぼくね、天使になったよ。いつでもママを見守ってるよ。だって弱虫なママは一人じゃ生きられないでしょ。ごめんね、ママ。ぼくが大きかったら助けてあげれたのに。でもぼくには、たった一人のママ。二度と巡り会えなくても。
どうして、ねぇママ。どうして、ねぇママ。神様が決めたの?ぼくは生きちゃダメって。ごめんね、ママ。もうそばにいられない。明日を迎えられない。でもぼくには、たった一人のママ嫌いになったりしないよ。
どうして、ねぇママ。どうして、ねぇママ。神様が決めたの?ぼくは生きちゃダメって。どうして、ねぇママ。どうして、ねぇママ。ぼくの羽根一枚置いていくからね。

Gülşən Cabbarlı © yapon.az 2015