Əvvəllər bu, meymunları şəkillərdə gördüyüm zaman çox gülmüşdüm. Çünki onlar insanlar kimi hərəkət edir, hətta onlar kimi davranmağa çalışırlar. Ən qəribəsi isə, insanlardan heç qorxmurlar. Mənim bəhs etdiyim meymunlara “Qar meymunu” deyirlər. Qar meymunları, Naqano prefekturasının Şimotakai qəsəbəsində yerləşən Ciqokudani Meymun Parkında yaşayırlar.

Yapon dilini bilənlərin ilk marağını “Ciqokudani” sözünün çəkəcəyinə əminəm. “Ciqoku” yapon dilində “cəhənnəm” deməkdir. “dani” isə, “dərə”. Yəni, bildiyiniz “cəhənnəm dərəsi”.

jamanouti-nagano0

Meymunlar qış aylarında dərəyə, yay aylarında is,ə milli parka gedirlər. 1963-cü ildən etibarən onlar səhərlər isti bulaqlarda çimdikdən sonra axşam vaxtlarına meşəyə qayıtmağa başladılar. Təbii, bu hal orada yaşayan əhalinin diqqətini çəkməyə başladı. O gündən sonra artıq həmin meymunlar yerli əhali tərəfindən qorundu ki, gələn yad insanlar həmin meymunların isti bulaqda çimməsinə mane olmasın.

Beləliklə, zaman keçdikdən sonra həmin yer “Meymun parkı”na çevirilib, yerli və xarici vətəndaşlar üçün istirahət mərkəzi oldu. “Onsen”də (yəni, isti bulaq) çimən qar meymunları ilə birlikdə kim istəyirsə suya daxil olub, onlarla birlikdə məzəli vaxt keçirə bilər.

Japanese Macaques Bathe In Hot SpringsƏslində, bunun sizə tibbi cəhətdən heç bir xeyiri yoxdur amma həyatınızda maraqlı xatirə qatacağına əminəm. Yəqin, isti bulaqda meymunla çimən insanlar da belə düşünür. Bəzi insanlar düşünə bilər ki, kim istəyirsə asanlıqla suya daxil ola və ya meymunların şəkilini çəkə bilərlər. Amma bu yalnış fikirdir. Orada olmağınız üçün siz müəyyən edilmiş məbləği və müqaviləni imzalamalısınız. Ondan sonra sizə təyin edilmiş nəzarətçi ilə birlikdə “Meymun parkı”nda istirahət edə bilərsiniz.

Gülşən Cabbarlı © yapon.az 2015