71 yaşlı qoca ata 40 yaşında oğlunu maşınla birlikdə yandırdıqdan sonra polislər tərəfindən yaxalanıb

Bakı. Gülşən Cabbarlı. (yapon.az)

Hadisə dünən Vakayama prefekturasında baş verib. Saat yerli vaxtla on radələrində polisə evin yanındakı küçədə maşının yandığı haqqında xəbər verilir. Hadisə yerinə çatdıqda polislər maşının alışdığını görüb cəld maşının arxasında olan evə daxil olurlar. Evin içində aşkarlanan bədəni yanmış 40 yaşlı Akihiro Kusaka xəstəxanaya çatdırılır.

Atasının adını sayıqlayan Akihiro onu maşınla birlikdə yandıranın atası olduğunu polisə bildirdikdən sonra polis Akihironun atasının axtarışa başlayır. Çox keçmir ki, qoca kişini evin bir kilometr uzaqlağında tapırlar. O, etdiyi cinayəti təsdiq edir və polisə təslim olur.

Noriaki Kusaka öz oğlu ilə birlikdə Akihironun aşkarlandığı evdə yaşayırdılar. Şənbə axşamı Akihiro öz anasının yanına (Noriakinin keçmiş həyat yoldaşı) axşam yeməyinə getmişdi. Evə qayıdanda maşınını evin qarşısında saxlamaq istəyib. Lakin atası maşının üstünə benzin töküb yandırıb. Maşından düşüb bədənindəki alovu söndürən oğlu çətinliklə də olsa özünü evə ata bilir.

Ölüm təhlükəsini atıb, hal-hazırda vəziyyəti sabitdir.