Görəsən, iki fərqli dünyanın insanları olan Eçizen-san və Hara-çan arasında olan sevgi xoşbəxt sonluqla bitəcəkmi?!

  • Yapon dilində: 泣くな、はらちゃん
  • Ssenarist: Okada Yoşikazu
  • Baş produser: Ohira Futoşi
  • Prodüserlər: Kavano Hidehiro, Koizumi Mamoru, Haqivara Maki (萩原真紀)
  • Direktorlar: Suqavara Şintaro (菅原伸太郎) (seriya 1-2, 5), Kariyama Şunsuke (狩山俊輔) (seriya 3-4, 7), Matsuyama Masanori (松山雅則) (seriya 6)
  • Musiqi: İnoue Akira
  • Format: Serial
  • Janr: Romantik komediya
  • Say: 10
  • İzlənmə faizi: 10.2% (Kanto)
  • Kanal: NTV
  • Yayım müddəti: 2013-cü ilin yanvarın 19-dan martın 23-ə kimi
  • Efir vaxtı: Bazar günləri 21:00
  • Əsas mahnı: “Lyric” Tokio
  • Açılış mahnısı: “Vataşi no sekai” (Kamome Uşaq Xoru)

Film haqqında

Eçizen-san 30 yaşlarında, sadə həyat tərzinə sahib, özünəqapalı qadındır. Lakin heç də həyatından razı deyil. Heç bir dostu olmayan Eçizen-san hisslərini ifadə etmək üçün hər gün öz dəftərinə manqa çəkir. Heç kimə qəzəblənə, şikayət edə bilməyən Eçizen-sanın manqa personajları heç də özü kimi deyil. Manqanın əsas personajı Hara-çandır. Bu vəziyyətdən narahat olan Hara-çan Eçizen-sanın dünyasına gəlib onu xoşbəxt etməyə çalışır. Çünki o, qəzəbli olduğu zaman çəkdiyi manqadan sonra onların da dünyası yerlə-yeksan olur. Real dünyanı tanımağa çalışan Hara-çan, eyni zamanda, onu çəkən Eçizen-sana aşiq olur.

Görəsən, iki fərqli dünyanın insanları olan Eçizen-san və Hara-çan arasında olan sevgi xoşbəxt sonluqla bitə biləcəkmi?! Həm güldürən, həm də düşündürən bu dram sizi gündəlik problemlərdən uzaq tutacaq.


Rollarda

    • Naqase Tomoya – Hara-çan
    • Aso Kumiko – Eçizen-san
    • Maruyama Ryuhei – Tanaka-kun
    • Kutsuna Şiori – Konno Kiyomi
    • Kaku Kento – Makihiro
    • Suda Masaki – Hiroşi
    • Şimizu Yutaka – Akkun
    • İnaqava Miyoko (稲川実代子) – Naqanuma-san
    • Komatsu Kazuşiqe – polis işçisi
    • Komoto Masahiro – gülən dayı
    • Mitsuişi Ken – Tamada
    • Okunuki Kaoru – Yuki-nee
    • Şiraişi Kayoko (白石加代子) – Hideko
  • Yakuşimaru Hiroko – Yaquçi Yuriko
Gülşən Cabbarlı © yapon.az 2015