Film Yaponiyanın ən çox izlənilən filmləri siyahısındadır

  • Janrı: Dram
  • Adı: Hər şey F-ə çevrilir (hərfi tərcümə)
  • Yapon dilində: すべてがFになる
  • Direktor: Hidenori Joho
  • Yazıçı: Hiroşi Mori (novel), Tsutomu Kuroiva
  • Efir kanalı: “Fuji TV”
  • Bölüm sayı: 10
  • Efirə verilmə vaxtı: Oktyabr 21, 2014-cü il
  • Efir vaxtı: Çərşənbə axşamı saat 21:00
  • Dil: Yapon dili
  • Ölkə: Yaponiya

Film haqqında:

Səbəbi bilinməyən cinayət baş verərkən orda olan Moe Nişinosono-san yüksək İQ-dən istifadə edib bu cinayətin baş vermə səbəbini axtarmağa çalışır. Lakin bununla da qalmayıb dünyanın ən ağıllı qadını olan Şiki Maqata ilə maraqlanan gənc qız Nişinosono-san daha necə təhlükəlinin içində olduğunun fərqində deyil. Çünki araşdırdığı qadın daha 13 yaşında olarkən öz anasını, atasını bıçaqla qətlə yetirib, təslim olub. 10 ildən çox yalnız adada saxlanan Şikinin bilgisinə bütün dünyanın ehtiyacı olduğu üçün o, ayrıca inşa edilən tədqiqat həbsxanasında saxlanılır. O burada kompyuterlər üçün ən son proqramlaşdırılmış modellər hazırlayır və 50-dən çox işçiyə rəhbərlik edir.

Amma həqiqətən görən bu ağıllı qadın dünyaya qarşı nə planlayır?

Bu hadisələri araşdırarkən Moen tək olmur, həmişə onu qoruyan və cinayət işlərini açan Sohei Saikava müəllimi ilə birlikdə olur. Uşaq yaşlarından Saikava müəlliminə aşiq olan Nişinosono-san ailəsini təyyarə qəzasında itirdikdən sonra ölümdən qorxmur, şüuraltı özünün sonunu yazmağa çalışır. İQ-nə görə Şiki-sandan geri qalmayan Saikava onu bu təhlükələrdən xilas edə biləcəkmi? Şiki Maqatanın Nişino-sana nə kimi süprizləri var?

Ağılasığmaz cinayət hadisələri, dedektivləri çaş-baş qoyan dahilərin cinayətləri təhlil etmə bacarıqları, duyğuların birləşdiyi bu film Yaponiyanın ən çox izlənilən filmləri siyahısındadır.


Rollarda:

  • Emi Takei – Moe Nişinosono
  • Gou Ayano – Sohei Saikava
  • Yukiyoşi Ozava – Hokuto Kita
  • Akari Hayami – Şiki Magata
  • Kotaro Yoşida – Şosuke Nişinosono
  • Şigeyuki Totsugi – Daisuke Ukai
  • Erena Mizusava – Momoko Kunieda

Əsərə müxtəlif vaxtlarda digər filmlər və anime də çəkilib.

Gülşən Cabbarlı © yapon.az 2015