Yapon mədəniyyətində və ədəbiyyatında öz əksini tapan bu rəqqasələrə “Şirabyouşi” (白拍子)  deyilir.

Şirabyouşi, Heian və Kamakura dövründə kişi libası geyərək rəqs edən və mahnı ifa edən qadınlara deyilirdi, həmçinin də onlar, “kurtizan” idilər. Şirabyouşilər XII əsrdən etibarən məşhurlaşmağa başlayıblar. Onlar zadəgan təbəqələr üçün olan şənliklərdə çıxış edirdilər.

Şirabyouşi sözünün mənası “ağ vuruş” və ya “sadə ritm” olaraq da tərcümə edilir. Bu onların geyindikləri ağ “suikan” adlı libasa və ya oxuduqları və rəqs etdikləri “imayo” (şeir növüdür) mahnılarının “hyouşi” (拍子) ritminə əsasən belə şərh edilir. Sözdəki “Şira” (白)hissəsi “” mənasını verir, “hyouşi” isə ritmik zərbli vuruşlara deyilir. XIII əsrin sonlarına yaxın bu rəqqasların statusları ləğv olundu. XIV əsrdə Muromaçi dövründə yenidən fəaliyyətlərini davam etdirməyə başladılar.

Şirabyouşi mədəniyyətinin qeyri-ortodoks rəqs forması olan “kusemai” meydana gətirilərək, Noh dramına böyük təsir göstərmişdir.
Rəqsin görkəmli nümayəndəsi, xanım Şizuka Qozen hesab olunur.

Hal-hazırda Kyotoda keçirilən “Gion Matsuri”, yəni “Qion şənliyində” şirabyouşilərin rəqs performansını görə bilərsiniz.

Müəllif: Xəyalə Əlizadə (yapon.az 2022)