Bu əsginasın üstündə kimi görürük?

Min yenin üstündə 1876-1928-ci illərdə yaşamış görkəmli bakterioloq Hideyo Noquçi təsvir edilmişdir. O, sifilisin törədicisi treponema pallidumun paralitik xəstəliklərin səbəbi olduğunu kəşf etmişdir. Afrikada sarı qızdırma xəstəliyini tədqiq edərkən, bir çox həmkarı kimi o da sarı qızdırma xəstəliyinə tutulmuş və vəfat etmişdir.

2004-cü ildən onun şəkli 1000 yenlik əsginasın üstündədir. Əsginasın arxa tərəfində Fuci dağı təsvir edilmişdir.

Hideyo Noquçidən əvvəl isə 1000 yenin üstündə məşhur yapon yazıçısı Natsume Sosekini görə bilərdiniz.

Gülər Nursu ©  yapon.az 2022