Senkaku adası və tarixi

Senkaku adasının əsl sahibi kimdir?

Yaponiya tərəfindən Senkaku, Çin tərəfindən Diaoyu adlandırılan qayalı ada iki ölkə arasında həllini tapa bilməyən məsələlərdən biridir. 1970-ci ilin başlanğıcında adada neft, qaz və mədən yataqlarının tapılması ilə Yaponiya və Çin arasında ən ciddi problemlərdən birinə çevrilib.

Senkaku adası keçmişdən bu günə

Senkaku adası üzərində “haqq” tələb edən yeganə ölkə Çin deyil. Həmçinin, Tayvan (tayvanlılar adanı Tiaoyutai adlandırır) da bu ada üzərində haqqı olduğunu iddia edir. Yəni, Yaponiya yalnız bu ada məsələsində bir ölkə ilə problemi həll etməyə çalışmır.

Senkaku_Diaoyu_Tiaoyu_Islands

Çin Senkaku adası haqqında nə deyir və hansı tələbləri var?

Pekin 1400-cü ildən etibarən adaların Çin tərəfindən kəşf edildiyini, həmin ilə aid xəritələrin mövcudluğunu və o dövrdə hakimiyyətdə olan Minq xanlığına (1364-1644) aid bir torpaq sahəsi olduğunu qeyd etməkdədir. Qinq xanlığı Tayvan idarəsinə aid olan adaları Şenq Xuanhuai-yə vermişdir. Ancaq adalarda əsgər və əhali yerləşdirilməmişdir.

Bəs, Yaponiya Senkaku adası barəsində hansı tarixi faktlara sahibdir?

Yaponiya isə Tayvan ilə birlikdə Çin-Yaponiya müharibəsinin sonunda 1895-ci ildə imzalanmış olan​ “Şimonoseki” müqaviləsi​ ilə özlərinə keçməzdən öncə, həmin adaların ​ terra nullius (heç kimə aid olmayan torpaq) olduğunu vurğulamaqdadır. 1896-ci ildə yaponiyalı biznesmen  Tatsuşiro Koqa adaların ​ 30 illik​ sahibi olmuşdur. Koqanın ölümündən sonra adaların istifadə haqqı oğlu olan​ Zenci Koqaya keçimişdir. Daha sonra da adalar Kurihara ailəsi tərəfindən satın alınmışdır. Adalar üzərində Yaponiyanın hökmranlığı İkinci Dünya Müharibəsinin sonuna kimi davam etmişdir. Çin tərəfindən rəsmi olaraq tələb edilməyən adalar 1945-1972-ci ilə qədər Amerikanın qəyyumluğunda qalmışdır. 1971-ci ildə​ adalar yenidən Yaponiyaya geri verilmiş, Tokio hökuməti də adaları yenidən Kurihara ailəsinə qaytarmışdır.

Niyə Senkaku adası üzərində bu qədər sərt qarşılaşma var?

İki ölkə arasında böyük problem, 1970-ci ilin başlanğıcında həmin adanın neft və təbii qaz ilə zəngin olduğunu (qiyməti təqribən 6 trilyon dollar) bildirən çıxış ilə başladı. 1978-ci ildə Yaponiyanın adaların birində dəniz fənəri inşa edəcəyi barədə bildirişinə Çin etiraz etmişdi. Ancaq 1990-ci ilə kimi elə də ciddi problem baş verməmişdi. 1996-cı ildən etibarən isə Yaponiyanın ikinci dəniz fənəri inşası və dövlət tərəfindən təsdiqlənməsi tələbi ilə Yaponiya və Çin arasında adalar üzərində xüsusi problemlərə səbəb olan bir neçə çıxışlar gerçəkləşdirmişdir.

1970-ci ildən bəri beş ada və üç qayalıqdan ibarət olan Senkaku adaları yaponiyalı biznesmen Hiroyuki Kurihara və qardaşlarına aid idi.​ Adaların bir vətəndaşa aid olması və onun qorunmasının qənaətbəxş səviyyədə olmamasını deyən Şintaro İşihara (Tokio qubernatoru) adanın satılmalı olduğunu vurğulayaraq açılan bank hesabında bir milyon dollardan daha çox pul toplaya bildi. Rəsmi Tokio Senkaku adası barəsində Amerikanın ən qabaqcıl qəzetlərindən biri olan “Wall Street” (Vol Strit) qəzetində reklam verib. Bu reklamda da Senkaku Yaponiyanın adası olaraq göstərilib. Yaponiya hökumətinin adaları alacağını qeyd etməsi ilə Çin Xarici İşlər Nazirliyi “Çinin müqəddəs torpağı satılmır” – , deyə sərt şəkildə etirazını bildirmişdi.

Sentyabr ayının əvvəllərində Yaponiya hökumətinin adaları 26 milyon dollara alması Çinin kəskin qarşıdurmasına səbəbiyyət vermişdir. Bu satışın qanunsuz və düzgün olmadığını deyən ÇXR-nın prezidenti Hu Jintao, Çinin bu satışı tanımadığını qeyd edib. Həmçinin, rəsmi Pekin adaların ətrafına 6 döyüş gəmisi göndərib.​ Yaponiyanın hökumət təmsilçisi Osamu Fucimura Çinə məxsus hərbi gəmilərin adalara yaxınılaşmasını sərhəd pozuntusu olaraq dəyərləndirib, mülk sahibkarından alınan adaların Yaponiya torpağına aid olduğunu, beləliklə də Çinin sərhəd pozuntusuna etiraz etdiklərini qeyd etmişdi.

Məsələnin həlli

“Senkaku adaları” problemi qısa zaman ərzində həlli tapılacaq məsələlərdən biri olmadığı kimi görülməkdədir.​ Adaların qanuni sahibi kimi Yaponiya daha üstün sayılır. Çinin adalar ətrafında hərbi gəmilərini saxlamasına Yaponiyanın göz yummasının tək səbəbi “Senkaku adalar” probleminin daha sərt, yüksək səviyyəyə çıxartmamağa cəhd göstərməsidir. Yaponiya problemin həllinin yalnız daha yumşaq və sülh yolu ilə danışıqlardan keçdiyinə inanır. Əks təqdirdə bu məsələnin həlli yolunda əziyyət çəkən elə Asiya ölkələri olacaq.

senkaku
Senkaku adaları. “Japan Times”
Cabbarova Gülşən © yapon.az 2018