Qədim Yaponiyada “samuray” sözü kişilərə aid edilsə də, tarix boyu döyüşlərdə kişilərlə birgə vuruşan qadın döyüşçülər də az olmamışdır. “Onna muşa (女武者)” və ya “onna bugeyşa (女武芸者)” adlanan qadın döyüşçülər təlim keçərək yüksək döyüş bacarıqlarına – özünümüdafiə və hücum manevrləri, həmçinin qılıncdan istifadə bacarıqlarına yiyələnirdilər.

Samuray ailələrinin qadın üzvləri “naginata (薙刀)” ilə döyüşməyi öyrənməli və təhlükədən qorunmaq üçün geyimlərinin altında “kaito(快刀)” gəzdirməli idilər.

Naginata” uzun dəstəyə bərkidilmiş əyri ucluğu olan yapon nizəsidir və bu gün də “naginatado (薙刀道)” adı ilə döyüş sənəti kimi öyrənilməkdədir. Keçmişdə naginata qadınların simvolik silahı olduğundan, müasir dövrdə “naginatado müəllim”lərinin 90%-dən çoxunu məhz qadınlar təşkil edir.

Kaito (快刀)” isə “gizli qılınc” deməkdir. Samuray ailələrində qadınların özlərini müdafiə etmək üçün kimonolarında gizlətdikləri qısa qılınc növüdür. Zəruri hallarda qadınlar öz klanlarının şərəfini qorumaq üçün kişilər kimi “seppuku” və ya “harakiri” edərkən “kaito”dan istifadə edirdilər.

Günel İsmayılova ©yapon.az2022