Şimane prefekturası, Matsue şəhərində şirniyyat dükanları avqust ayından etibarən avtosatış aparatlarında “Səbəbi olan kek” adlı kekləri satışa çıxarıb.

Qutunun içinə adi kekdən başqa, satılmadığı üçün artıq qalan keklər, başqa keklərdən formasına görə biraz fərqlənən keklər və sairə dükanlara verilə bilməmə səbəbi olan keklər daxildir.
Bir qutunun qiyməti normal kek qutusunun yarı qiymətinə, yəni 500 yenədir. Qutunun içi görünmədiyinə görə müştərilər bəxtlərinə hansı kekin çıxacağını maraqla gözləyirlər.

Dükan sahiblərinə görə “Səbəbi olan kek“lərin satışına başlandıqdan bəri atılaraq zibil olan keklər demək olar ki, xeyli sayda azalıb. Dükanda işləyən işçilərin də iş saatında kifayət qədər azalma olub. Son zamanlar qiyməti bahalaşan ərzaq məhsullarının da alınmasına xərclənən pulun bir hissəsi də bu sayədə kompensasiya olunub.

Satıcılar “Müştərilər xoşbəxtdirlərsə, biz də xoşbəxt oluruq. Bundan sonra da içində müxtəlif keklər olan qutular əlavə edəcəyik” deyə rəy bildiriblər.

Xəyalə Əlizadə ©yapon.az2022