Edo dövründə bəzi bölgələrdə “beşşikime” adlı xüsusi qadın gözətçilər var idi ki, onlara rəsmi olaraq samuraylar kimi qılınc gəzdirməyə icazə verilirdi.

Qadın gözətçilər – “Beşşikime (別式女) ”

Vəzifəsi feodalların həyat yoldaşını qorumaq olan bu gözətçi vəzifəsinə kişilər seçilə bilməzdilər. Bunun səbəbi feodalların, xanımları ilə samuraylar arasında yarana biləcək “gözlənilməz münasibətlər”dən ehtiyat etməsi idi. “Beşşikime”lər yaxşı maaş aldığı və yüksək sosial statusa malik olduqlarından, bir çox qadın gözətçi olmağa can atsa da, bu vəzifəyə seçilmək üçün onlar da samuraylar kimi xüsusi qılınc təlimi keçməli və yüksək nəzakət qaydalarına yiyələnməli idilər.

Günel İsmayılova ©yapon.az2022