Oskar mükafatı Yaponiyaya gedir!(?) Haruki Murakaminin eyniadlı hekayəsi əsasında çəkilən 3 saatlıq “Drive my car” filmi ilin ən yaxşı filmi kateqoriyasında mübarizə aparacaq.

Ryusuke Hamaquçinin rejissorluq etdiyi film, Best Pictures mükafatına namizəd olan ilk yapon filmidir. Bundan başqa ən yaxşı rejissor, xarici dildə ən yaxşı film, ən yaxşı uyğunlaşdırılmış film kateqoriyasında da “Drive my car” filmini görə biləcəyik. Nominasiyaların açıqlanması ilə film Yaponiya mediasında gündəmi ələ keçirdib. Bundan əvvəl film Palme d’Or üçün mübarizədə 3 mükafat qazanmış, eləcə də 79-cu Qızıl Qlobus Mükafatlarında xarici dildə ən yaxşı film mükafatını qazanmışdı.

Gülər Nursu ©  yapon.az 2022