Manqa haqqında:

“One Piece” (yap. ワンピース, azərb. “Van-Pis”‎) Eiçiro Oda tərəfindən yazılan manqa 1997-ci ilin iyulun 19-dan bəri “Weekly Shōnen Jump” jurnalında nəşr olunur. Həmin ilin 24 dekabrından o, “Shueisha” tərəfindən tankobonlara (yap. 単行本 “ayrı nəşr olunan kitab” — kitab nəşrinin formatıdır. Adətən seriyaya daxil olunmayan kitab) toplanılır. Eiçiro Odanın saytında elan olub ki, bu manqa Ginnesin Rekordlar Kitabına “bir müəllifin yaratdığı ən çox nüsxə satan bir komiks seriayası” kimi düşüb. 2014-ci ilin dekabr ayına kimi dünyanın 30-dan çox ölkəsində onun 320 milyon 866 min nüsxəsi çap olunub, bu, onu tarixdə ən yaxşı satılan manqa edir.

Manqanın anime adaptasiyası “Toei Animation” studiyası tərəfindən istehsal olunub. İlk dəfə 1999-cu ilin oktyabrın 20-də Yaponiyanın “Fuji Television” kanalında yayımlanıb.

Tərcümə: Əli Əlizadə
Redaktə:
Almara Şirvani


I cild bütün bölümlər


I cild

I bölüm

1-1