Bir neçə təklifim var daha da yaxşı olması üçün.
Sətrdən-sətrə keçidi maksimum dərəcədə az edin. Söz yerləşmirsə növbəti sətrdə yazın, əgər yenə də yerləşmirsə bu zaman sətrdən-sətrə keçirin. Bəzi yerlərdə bu oxunaqlığı pisləşdirir. (Məsələn 21ci səhifədə sondan 2-ci paneldə har-dan bilim əvəzinə, hardan və bilim sözləri yeni sətrdə olması daha yaxşı olardı, və ya başa düşmür-sən əvəzinə düşmürsən yeni sətrdə olması daha oxunaqlı olardı)
Bununla əlaqədar digər təklifim isə, “söz balonlarının” daxilindəki yazıların kiçildilməsidir. İngilis tərcümələrinə baxsanız, onlarda söz və cümlələr “söz balonunun” daxilində kiçik bir yeri tutur və daha oxunaqlı olur. Sizdə isə maksimum doldurmağa çalışılmış kimi görünür.
Yazıların əksəriyyəti isə pixelləşib, yazı photoshopda yazılırsa, yazının növünü “sharp” seçsəniz daha da yaxşı görünər.