Bunu araşdırmaq üçün əvvəlcə yapon dilində “meyvə-tərəvəz satan dükkan” mənasına gələn “yaoya” sözünün mənşəyini bilmək lazımdır.

Sözün ilk variantı əslində “aoya” olub, bu isə “tərəvəz dükkanı” mənasını verən “aomonoya” sözünün qısa variantı idi. Daha sonra bu söz “saysız əşya” mənasında olan “yaorozu” sözü ilə birləşib. Çünki satıcılar digər yerlərdən daha çox məhsulları olduqlarını vurğulamaq istəmişdilər. Nəticədə, “yaoya” sözü yarandı.

Abema TV

İndi isə keçək “yaoço” sözünə. Məlum olduğu kimi, “ço” hissəciyi sözlərin axırına gələrək başçı mənasında sözlər yaradır. Məsələn, “şuço”, “baş nazir” deməkdi. Onda bu məntiqlə “yaoço” “meyvə-tərəvəz dükkanı sahibi” mənası verməli idi. Bəs bu söz necə “satın alınmış oyun” mənasına sahib oldu?

Meyci dövründə Yaoço (“meyvə-tərəvəz dükkanı sahibi“) adlı bir meyvə-tərəvəz dükkanı sahibi var idi və o, İsenomi Qodayu adlı məşhur sumoçu ilə yaxın dost idi. Onlar birlikdə tez-tez qo oyunu oynayırdılar. Yaoço daha yaxşı qo oyunçusu olmasına baxmayaraq günün alış-verişin vəziyyətinə baxaraq bəzən bilərəkdən uduzurdu, çünki bu zaman İsenominin kefi qalxırdı və dükkanından alış-veriş edirdi.

Sonda isə Yaoçonun bilərəkdən uduzduğu üzə çıxdı. Dostunun reaksiyası məlum deyil, bəlkə də onu bir sumo fəndi ilə yeri sərib, kim bilir?! Dəqiq olan odur ki, bundan sonra adı “satın alınmış oyun” mənasını qazanıb.

Serkan Şentürk  © yapon.az 2019