Yaponiya qəsrlərinin əsrarəngiz sehri

XVI əsr Yaponiyanın tarixi memarlıq və bədii mədəniyyət nümunələrini araşdırarkən məlum olur ki, həmin dövrə təsadüf edən tarixi, eləcə də, ictimai-sosial hadisələrin təsiri nəticəsində mədəni abidələr görkəmini dəyişir və eyni zamanda, yeni mahiyyət kəsb etməyə başlayırdı. Başqa sözlə, həmin dövrdə hökmran olan ənənəvi, dini dünyagörüş və normalar sistemi dünyəvi dəyər qazanırdı. XVI əsrin II yarısında qəsr və sarayların tikintisinin geniş vüsət aldığı bir dövrdə dini arxitektura sıxışdırılmağa başlayır. Məhz XVI əsrin sonu və XVII əsrin əvvəllərində uzunmüddətli müharibələrin ardından Yaponiyada sülh dövrü başlayır və həmin dövrdən etibarən Gündoğan ölkəsində qəsrlərin tikintisi öz zirvəsini yaşayırdı.


II bölüm

Matsumae qəsri

松 前 城 ⌈Matsumae-cō⌉

matsumae

Matsumae klanının rəsmi iqamətgahı

Matsumae (松 前 町 ⌈Matsumae-çō⌉) Oşima subprefekturasında (Hokkaido, Yaponiya) yerləşən bir qəsəbədir (kiçik şəhər). Burada Matsumae klanının evi, Hokkaidoda ənənəvi Edo dövrü üslubunda tikilən yeganə qala – Matsumae qəsri (松前城 ⌈Matsumae-co⌉) və Ryuun-in (龍雲院) var.

Flag_of_Matsumae,_Hokkaido.svg
Matsumaenin bayrağı

Bura 1600-cü ildən Matsumae klanının rəsmi iqamətgahıdır (han) və Yaponiyanın təbii abidələri siyahısına daxildir. Şəhər Matsumae yarımadasının cənub qurtacağında yerləşir. Bundan əlavə şəhərin inzibatı ərazisnə Tsuqaru Boğazı, Oşima və Kocima adlı iki ada daxildir.

Han (əmlak) 12-ci əsrdən sonra hərbiçilərin və ya Edo döründə və Erkən Meici dövründə (1868-1912) daimyoların (大名 – güclü yapon feodal lordları) səlahiyyətində olan ərazilərə verilən addır.

Hokkaidodakı ən cənub məktəb də bu şəhərdədir.


Qəsrin tarixi

Matsumae qəsri (松 前 城 ⌈Matsumae-cō⌉) eyniadlı şəhərdə yerləşən Yaponiyanın ən şimal qəsridir. Qəsr 1606-cı ildə şyoqun Tokuqavanın sifarişinə əsasən, bu əraziləri mühafizə edən Matsumae Yoşihiro tərəfindən tikilmişdir. Onun klanı bütün Yaponiyanın və eləcə də, şimaldan ainu “barbarlarını” dəf edərək, genişləndirilməsində iştirak edirdi. Qəsr 1637-ci ildə yanır, lakin 1639-cu ildə bərpa edilir.

Bir zamanlar qəsr Hokkaido adasından Yaponiyanın bütün ərazisinə keçən keçidlərə nəzarət edirdi.

Hazırda mövcud olan qala kompleksi 1854-cü ildə xarici hərbi dəniz qüvvələrinin hücumlarının qarşısını almaq üçün tikilmişdir. 1868-ci ildə başlayan Meici restavrasiyasından sonra 30 metr yüksəklikdə olan tenşu (əsas qüllə, Yaponiyada qala komplekslərində memarlıq tipologiyası. Qala içində ən yüksək qüllə deməkdir.) və bir darvaza xilas edilir. 1949-cu ildə tenşu yanır və 1960-cı ildə beton “kopya”sı tikilir.

Bütün qala ərazisi bu gün ictimai parkdır.

matsumae_catsle_donjon
龍雲 院 ⌈Ryūun-in⌉

Ryuun-in Matsumaedə bir məbəddir. Burada yerləşən tikililərin beşi Əhəmiyyətli Mədəni İrs siyahısına daxildir. Məbəd 1625-ci ildə tikilib və 1842-ci ildən ərazisi genişləndirilib. Strukturuna daxil olan tikililər:

Hondo – Əsas zal.

Kuri (庫裏) – (hərfi tərcümədə “arxada anbar”) və ya kuin (庫 院 “anbar salonu”) bir Zen məbədinin mətbəxidir, adətən, butsuden (və ya Budda zalı) arxasında yerləşir. Tarixən kuri yalnız abbat və qonaqları üçün yemək hazırlayan mətbəx olub, lakin müasir Yaponiyada bütün məbədlərdə mətbəx və inzibati ofis kimi fəaliyyət göstərir.

Sōmon (総門) – buddist məbədinin giriş qapısıdır. Əsasən ən böyük və daha vacibi somon adlanır.

Şoro – şoşo, şurō (鐘楼 “zəng qülləsi”) və ya kanetsuki-dō (鐘 突 堂 “zəng vuran zal”), Yaponiyada buddist məbədinin zirvəsidir (bonşo (梵 鐘) yerləşən). İki əsas növü mövcuddur: divarları olan qədim hakamaqoşi (袴 腰) və daha yeni olan fukihanaçi (吹 放 ち) və ya fukinuki (吹 · 吹 抜 き);

Dozō – kura (倉 və ya 蔵) ənənəvi yapon anbarlarıdır. Onlar qiymətli əmtəələrin təhlükəsiz saxlanılması üçün istifadə edilən ağacdan, daşdan və ya gildən qurulmuş dayanıqlı binalardır.

Sevinc Nur © yapon.az 2018