2019-cu ildə Kyoto Anime Studiyası yanğınını törədən cinayətkar geridə qoyduğumuz həftə, may ayının 27-si, həbsxanaya göndərilib.

Kyoto Anime Studiyası yanğından sonra

Keçən il hadisədən sonra cinayəti törətdiyi tez bir vaxtda üzə çıxsa da,  bədəninin 90 faizinin yanmasına görə o, Kyoto xəstəxanasında saxlanılıb. Sentyabr ayından etibarən ölüm təhlükəsi yox olan təqsirkarın həbsxanaya köçürülmə prosesi mövcud virusla mübarizə səbəbindən daha da gecikib.

Cinayətkar hələ də Kyoto Studiyasını plagiatlıqda və ona məxsus ideyaları oğurlamaqda günahlandırır.

2019-cu il 18 iyulda baş verən yanğında studiyanın 36 işçisi  ölüb, 33 nəfər ağır yaralanıb. Studiyadakı bütün materiallar və bina tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Qurbanların çoxunun meyidi tanınmaz hala düşüb, lakin DNA testi vasitəsilə kimlikləri ortaya çıxarılıb. Studiya, ailələrinə hörmətlə yanaşmaq üçün ölənlərin adlarını açıqlamayıb. Hadisədən bir müddət sonra bəzi ailələr sosial hesabları vasitəsilə paylaşımlar edərkən ölənlər haqqında məlumatlar ictimaiyyətə aydın olub.

Yanğın, 1945-ci ildən bu günə qədər tək şəxs tərəfindən törədilən və çox sayda adamın ölümünə səbəb olan ən böyük cinayət işi hesab edilir.

Gülər Nursu © yapon.az 2020