Veteran komediya ustası Ken Şimuranın yeni koronavirus üçün verdiyi təhlilin nəticələri müsbət olub. Bu barədə onun agentliyi çərşənbə günü məlumat yayıb. Bununla, Ken Şimura infeksiyaya yoluxduğunu açıq şəkildə ictimaiyyətə elan edən ilk yaponiyalı məşhur olub.

70 yaşlı Şimura, televiziya əyləncə proqramlarında canlandırdığı “Baka tonosama” (axmaq lord) və “Henna Oci-san” (qəribə əmi) kimi personajları ilə məşhurdur. Cari ilin aprel ayında “Başlıq altındakı ad” kitabı əsasında bir film üzərində işə başlamağı planlaşdırırdı.

Agentlikdən verilən məlumata görə, Şimura qızdırmanın artması və ağır sətəlcəm diaqnozu qoyulandan sonra, martın 20-də xəstəxanaya yerləşdirilib. Bazar ertəsi təhlilin nəticələrinin müsbət olduğu məlum olub.

Yaponiyadan kənarda, Tom Hanks, İdris Elba və Olqa Kurilenko da koronavirusa yoluxduqlarını açıqlayıblar.

Biz isə onu daha çox bu obrazı ilə tanıyırıq:

https://www.youtube.com/watch?v=Ic53hhFllPM

Ken Şimura martın 30-da Tokio xəstəxanalarından birində vəfat edib.

S. N. © yapon.az 2020