“Hərəkətli şəkillər” (Katsudō şyaşin – 活動写真) – 50 kadrdan ibarət olan qısa animasiyadır. 1907-ci ilə aid olan “Hərəkətli şəkillər”in yaradıcısı haqqında məlumatlar saxlanılmayıb. Lakin məhz Katsudō şyaşin`in Yaponiyada ilk anime olduğu həqiqəti danılmaz fakta çevrilib.

Kadrların ardıcıllığı
Kadrların ardıcıllığı

Hərəkətli şəkilləri Osaka və Tokio Universitetlərində incəsənət və musiqi fənlərindən dərs deyən müəllim Natsuki Matsumoto Kiotoda qədim ailə proyektorunda digər xarici cizgi filmi kadrları kolleksiyası arasında aşkar edib. Qeyd edilən proyektorda selluloiddən ibarət olan lentdə çəkilən 50 kadr saxlanılmışdı.

“Hərəkətli şəkillər” animesi cəmi 3 saniyə davam edir. Kadrın mövzusunu gəmiçi paltarında oğlan uşağının lövhədə kanci ilə “hərəkətli şəkillər” yazaraq tamaşaçılara çevrilib nəzakət əlaməti olaraq papağını çıxartması təşkil edir.

31 iyul 2005-ci ildə kadrların Kiotoda tapılmasına qədər “Gözətçi (qapıçı) Mukuzo İmokava`nın əhvalatı” (芋川椋三玄関番の巻 və ya 芋川椋三玄関番之巻 – İmokava Mukuzō Genkanban no maki) adlı anime Yaponiyada ilkin hesab olunurdu. 5 dəqiqə davam edən bu anime Ōten Şimokava tərəfindən 1917-ci ildə yaradılmışdı.

[youtube https://www.youtube.com/watch?v=ab2q0vslgLk]

Sevinc Nur © yapon.az 2014