Monami Ohno və onun karton heykəlləri

Son zamanlarda insanlar arasında geniş yayılan bir tendensiya var: kartonlardan müxtəlif ev əşyaları və ya oyuncaqlar hazırlamaq (bunları, əsasən sosail şəbəkələrdə DİY (do it yourself) adı ilə görmək mümkündür). Yaponiyalı rəssam Monami Ohno (Vakayamadan) isə kartonlardan müxtəlif üçölçülü heykəltəraşlıq nümunələri, əsərlər yaradır. Hər şey isə onun Osaka İncəsənət Universitetində oxuduğu vaxtlardan başlayıb. Burada o, üçölçülü animasiyalar üzrə ixtisaslaşıb.

Monami Ohno
Monami Ohno Mənbə: scontent-sjc2-1.cdninstagram.com

Monaminin istədiyi proqram təminatı üçün kifayət qədər çox vəsaitə ehtiyacı vardı. Tələbə qız əlindəki pula qənaət etmək üçün “Amazon”un boş qutularından başlayır. Çünki onlar həm elastik, həm də ucuz idilər. Bununla da öz 3D modellerini hazırlamaq və vərdişlərə yiyələnmək üçün əla fürsət tapır. Lakin məşq etmək məqsədilə başlanan bu fəaliyyət sonradan onu “karton rəssamına” çevirir. Axı boş qutular artıq həqiqətən də hər şeyə çevrilən materiala dönüşürlər: kosmik gəmilərdən tutmuş, silah, ərzaq, pop-mədəniyyət nümayəndələrinə, heyvanlar, əjdahalara qədər.

İndi onu haqqında hamı danışır :). Həmçinin, Ohno seminarlar təşkil edir, yeni öyrənənlərə öz peşəsinin sirlərini keçir.

O deyir ki, “İncəsənət – sizin aldığınız deyil. O, sizin yaratdığınızdır.” Bu, təkə incəsənətə yox, eləcə də, bütün yaradılışın mahiyyətinə fərqli yanaşmadır.

Əsərlərinin bəzilərindən toplanmış video:

Sevinc Nur © yapon.az 2017